Icma.az
close
up
RU
“ABŞ siyasi sistemində qütbləşməyə son qoyulmayana qədər bu ölkə ilə müəyyən məsafə saxlamalıyıq” Qüdrət Həsənquliyev

“ABŞ siyasi sistemində qütbləşməyə son qoyulmayana qədər bu ölkə ilə müəyyən məsafə saxlamalıyıq” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, Belçikanın paytaxtı Brüssel şəhərində “İslam dünyası 2025-Belçika krallığında və Avropada “konfransı barədə təəssüratlarınızı oxucularımızla bölüşməyinizi xahiş edirik.

- Belçika krallığında 2025-ci il islam dünyası ili elan olunub. Konfransı İCESCO, Qafqaz müsəlmanları idarəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təşkil etmişdi. Azərbaycanın tanıdılması, islam dininin və multikulturalizmin Azərbaycan modelinin təbliği baxımından tədbir çox əhəmiyyətli idi. Buna görə təşkilatçılara öz təşəkkürümü bildirirəm. Avropa Parlamentində keçirilən dəyirmi masada və konfransda, konfrans üzvləri də digər qonaqlar üçün açılmış ehsan süfrəsi arxasında nümayəndə heyətinə rəhbərlik edən Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə geniş məruzələrlə çıxış edib, Azərbaycanda dövlət-din münasibətləri, fərqli mədəniyyətin daşıyıcıları olan xalqların və etnik qrupların ölkəmizdə birgə yaşayışı, cəmiyyətimizdə mövcud olan tolerantlıq və sivilizasiyalararası dialoq, Azərbaycan Respublikası Prezidentinin, Birinci vitse-prezidentin bu məsəyə göstərdiyi diqqət, torpaqlarımızın erməni vandalları tərəfindən işğalı və islam abidələrinin, şəhər və qəsəbələrimizin dağıdılması barədə geniş məlumat verdi. Bəhreyndə başladılmış islam dinində aparılmalı olan islahatlardan, islam dininin multikulturalizmə verdiyi töhfələrdən danışdı. Konfransda mən və həmkarım Cavanşir Paşazadə, Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların liderləri də daxil olmaqla çıxış etdik, ölkəmizin Qərbin yürütdüyü ikili standartlardan əziyyət çəkməsindən, qaçqınlarımızdan, Ermənistanın sülh sazişi imzalamaqdan yayınmasından, dini ekstremizmə qarşı aparılan uğurlu mübarizədən danışdıq, dəyirmi masa iştirakçılarını hər şeyi öz gözləri ilə görmələri üçün Azərbaycana dəvət etdik.

- Qüdrət bəy, mətbuatda Azərbaycanın ABŞ-dəki səfiri ABŞ-ni Azərbaycanın strateji müttəfiqi adlandırıb və strateji tərəfdaşlıq haqqında saziş imzalnmağa hazır olduğumuzu bildirib. Siz isə mətbuata bildirmişdiniz ki, ABŞ ilə əməkdaşlıq etməli, amma onunla nə dost, nə də düşmən olmamalıyıq. Bu məsələyə də münasibətinizi bilmək istərdik...

- Son 10 illiklər ərzində ABŞ cəmiyyəti tam olaraq ikiyə parçalanıb.Tramp administrasiyası özündən öncəki administrasiyanın ABŞ dövləti adından imzaladığı sənədləri, müqavilələri tanımır. Sanki administrasiyalar ayrı-ayrı dövlətlərdir. Bugünkü Tramp administrasiyası demokratlarla yaxınlıq etmiş siyasətçiləri, hətta ayrı-ayrı dövlət rəhbərlərini təqib və təhdid edir. Zelenski nümunəsi gözümüz önündədir. O, Baydenlə 2024-cü ilin iyununda təhlükəsizliyə dair 10 illik saziş imzalamışdı. Amma bu gün Tramp onu aşağılayır və kapitulyasiyaya məcbur edir. Biz Trampla dostluq etsək sabah başqa bir ABŞ prezidenti də Trampla saziş imzaladığımıza görə bizi incidəcək. ABŞ siyasi sistemində qütbləşməyə son qoyulmayana, beynəlxalq hüquqa və öhdəliklərə ciddi əməl olunmayana, siyasi sistemdə islahatlar aparılmayana qədər bu ölkə ilə müəyyən məsafə saxlamalıyıq. Həm də açıqlama verməmişdən öncə diplomatik kanallarla ABŞ-nin mövqeyini öyrənmək lazımdır. Onlar buna hazır deyilsə yüngülsaqqal olub özümüzə problem yaratmağa dəyməz. Qonşularımızın, müttəfiqlərimizin bu məsələyə nə dərəcədə həssas yanaşacağını da nəzərə almalıyıq. Zelenski də NATO ölkələri Ukraynanı öz sıralarına qəbul etməyə hazır olmadığı halda Ukraynanın NATO-ya üzv olmasını istəyirdi. Biz gözləməliyik ki, ABŞ bizimlə strateji müttəfiqliyə dair saziş imzalamaq istəyirsə özü belə təşəbbüslə çıxış etsin. Amma ABŞ etibarlı tərəfdaş olmadığından (Ukrayna gözümüzün önündədir) mən bunun təhlükəli olduğunu növbəti dəfə xatırladıram. Rusiyanın istəyi ilə ABŞ bu bölgədən tamamilə çıxa bilər. Rusiya- ABŞ danışıqlarının sonunu gözləmək lazımdır.

- ABŞ-də BMT-dən çıxmağa dair qanun layihəsinin Konqresə təqdim olunması barədə informasiyalar yayılıb. Bu məsələyə münasibətiniz necədir?

- BMT əhəmiyyətsiz diskussiya klubudur. Torpaqlarımız işğal olunanda, Ermənistanda etnik təmizləmə aparılanda, Xocalı soyqırımı törədiləndə biz bunu görmüşük. Dünyada sülhə və təhlüksizliyə ən böyük təhdid də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən gəlir. ABŞ BMT-nin yenidən təşkili ideyası ilə çıxış etsəydi daha yaxşı olardı. ABŞ BMT-dən çıxacağı halda, bunu edən ikinci ölkə biz olmalıyıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Mart 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri