Icma.az
close
up
RU
ABŞ ilə qurulan sağlam münasibət mühüm rola malikdir ŞƏRH EDİLDİ

ABŞ ilə qurulan sağlam münasibət mühüm rola malikdir ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Azərbaycan-ABŞ münasibətləri əvvəlki ABŞ Administrasiyası dövründə heç də günün tələblərinə cavab vermirdi. Bunun səbəbkarı Azərbaycan deyildi. Vaxtilə 907-ci düzəlişin müəlliflərindən olan Co Bayden Azərbaycan ilə münasibətləri ən aşağı səviyyədə tutmuşdu". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Tramp Administrasiyası Azərbaycanın həm mövqeyini , həm də beynəlxalq birlikdəki nüfuzunu nəzərə alaraq bu əlaqələri ən yüksək səviyyəyə çatdırır:

"Xüsusilə vaxtilə 907-ci düzəlişin müəlliflərindən biri olmuş Co Baydenin siyasi xətti Azərbaycan–ABŞ münasibətlərinin ən aşağı səviyyədə saxlanılmasına səbəb olmuşdu. Bu düzəliş uzun illər ərzində Azərbaycana qarşı ədalətsiz və selektiv yanaşmanın simvolu kimi qiymətləndirilirdi və regiondakı real geosiyasi vəziyyəti əks etdirmirdi.
Lakin Tramp Administrasiyası dövründə bu yanaşmada ciddi dəyişikliklər baş verdi. ABŞ rəhbərliyi Azərbaycanın Cənubi Qafqazda mühüm geosiyasi mövqeyini, enerji təhlükəsizliyindəki rolunu və beynəlxalq birlikdə artan nüfuzunu nəzərə alaraq ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verməyə başladı. Nəticə etibarilə Azərbaycan–ABŞ əlaqələri daha praqmatik, qarşılıqlı hörmətə və maraqlara əsaslanan müstəviyə keçdi və ən yüksək səviyyəyə çatdırıldı.
Azərbaycan ABŞ ilə münasibətlərini beynəlxalq hüquq normaları, suverenliyə hörmət və qarşılıqlı fayda prinsipləri üzərində qurur. Bu siyasət ölkəmizin xarici siyasət kursunun əsas istiqamətlərindən biridir. Cənab Prezident İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a etdiyi səfər bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Həmin səfər çərçivəsində aparılan yüksək səviyyəli görüşlər, Azərbaycan ilə ABŞ arasında strateji məsələlər üzrə işçi qrupunun yaradılması, eləcə də 907-ci düzəlişin tam aradan qaldırılması istiqamətində administrasiyanın göstərdiyi səylər onu göstərir ki, hər iki dövlət münasibətlərin daha da dərinləşməsində maraqlıdır. Yaxşı münasibətlərin bariz nümunələrindən biri də ABŞ-ın nüfuzlu konqresmenlərinin Azərbaycana səfərləri olmuşdur. Bu səfərlər ABŞ siyasi dairələrinin Azərbaycana olan marağının artdığını, ölkəmizin regional və qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha nümayiş etdirir. Konqres üzvlərinin Azərbaycanda apardıqları müzakirələr, regiondakı reallıqlarla yerində tanış olmaları gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Bu gün Azərbaycan beynəlxalq aləmdə sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət yürüdür. Regional münaqişələrin beynəlxalq hüquq çərçivəsində həlli, təhlükəsizlik və inkişaf məsələləri ölkəmizin prioritetləri sırasındadır. ABŞ ilə qurulan sağlam və qarşılıqlı etimada əsaslanan münasibətlər də bu siyasətin uğurla həyata keçirilməsində mühüm rol oynayır və beynəlxalq əməkdaşlıq baxımından müsbət nümunə kimi çıxış edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Yanvar 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri