ABŞ ilə tarif razılaşması avtomobil sənayesi olmadan mümkün deyil Yaponiya
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaponiya ilə ABŞ arasında tariflər üzrə ümumi razılaşma əldə olunması, avtomobil sənayesi ilə bağlı razılıq olmadan mümkün deyil.
Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya iqtisadiyyatın bərpası üzrə naziri Ryosei Akadzava bəyanat verib.
“Bu, olduqca vacib məsələdir. Çünki avtomobil sənayesi Yaponiyanın əsas iqtisadi sahələrindən biridir. Əgər bu sahədə ABŞ-la razılaşma əldə edilməsə, düşünürəm ki, ümumi paket üzrə də razılıq olmayacaq”, - deyə nazir vurğulayıb.
Nazir əlavə edib ki, Tokio Vaşinqtonla tarif məsələləri üzrə danışıqları sürətləndirməyi planlaşdırır. Akadzava ABŞ ticarət naziri Hovard Latniklə telefon danışığı zamanı Amerikanın son qərarına görə təəssüfünü ifadə edib.
Xatırladaq ki, iyulun 7-də ABŞ Prezidenti Donald Tramp 1 avqustdan etibarən Yaponiyadan və Cənubi Koreyadan idxal olunan bütün məhsullara 25%-lik vahid gömrük tarifi tətbiq ediləcəyini açıqlayıb. Tramp bu qərarı Yaponiyanın və Cənubi Koreyanın tətbiq etdiyi tarif və qeyri-tarif baryerlərinin ABŞ iqtisadiyyatında ticarət kəsirinə səbəb olması ilə əsaslandırıb.
Nuriyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 08 İyul 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















