ABŞ ın 3 qırıcısı Küveyt üzərində təsadüfən vurulub Pentaqon
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ-ın əməliyyatlarda İrana qarşı dəstək tapşırıqlarını yerinə yetirən üç “F-15E” qırıcısı Küveyt üzərində təsadüfən vurulub.
Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Üç “F-15E Strike Eagle” ABŞ qırıcı-bombardmançı təyyarəsi “Epic Fury” (“Epik Qəzəb”) əməliyyatı çərçivəsində tapşırıqları yerinə yetirərkən Küveyt üzərində, ehtimal ki, “dost atəşi” nəticəsində vurulub. İran təyyarələri, ballistik raketlər və pilotsuz uçuş aparatlarının hücumlarının qarşısının alınmasını da əhatə edən aktiv döyüş əməliyyatları zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar səhvən Küveytin hava hücumundan müdafiə sistemi tərəfindən vurulub”, – məlumatda bildirilib.
Qeyd edilib ki, ekipajların altı üzvünün hamısı katapult edib və uğurla təxliyə olunublar. Onların vəziyyəti stabil qiymətləndirilir. Küveyt insidenti rəsmən etiraf edib və araşdırmada yardım göstərməyə hazır olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 02 Mart 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















