Icma.az
close
up
RU
ABŞ ın dövlət büdcəsini Ukrayna dolduracaq: Tramp “müharibə iqtisadiyyatı”nda yeni sistem qurur

ABŞ ın dövlət büdcəsini Ukrayna dolduracaq: Tramp “müharibə iqtisadiyyatı”nda yeni sistem qurur

Icma.az, Olke.az saytına istinadən bildirir.

Prezident Donald Trampın “silah satışlarını artıracağıq” mesajı onu göstərir ki, ABŞ müharibəni maliyyələşdirmə xərclərindən xilas olaraq, indi Ukrayna savaşından iqtisadi qazanclar əldə edəcəyi yeni sistemi artıq tədricən qurmağa başlayıb... NATO üzvü olan Avropa dövlətləri isə Ukrayna savaşının maliyyə yükünün əsas daşıyıcısına çevrilir, Rusiyanın da hələlik “sülh masası”ndan uzaq durduğunu nəzərə aldıqda, bu müharibənin hələ uzun müddət davam edə biləcəyi qətiyyən istisna deyil...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Tramp administrasiyasının hakimiyyətə gəlişi ABŞ-ın illərlə prioritet olmuş geostrateji hədəflərində müəyyən dəyişikliyə yol açıb. Belə ki, Ağ Evin Rusiyaya yönəlik indiki siyasəti Bayden administrasiyası dövründə olduğundan köklü şəkildə fərqlənir. Hər halda, Tramp administrasiyası indi Rusiyanı ABŞ üçün ciddi qlobal rəqib kimi görmədiyini qətiyyən gizlətmir. Əksinə, prezident Donald Tramp Rusiya ilə iqtisadi-ticari münasibətləri inkişaf etdirərək, Rusiyanın zəngin təbii sərvətlərindən faydalanmağa üstünlük verir. Və bu, Tramp administrasiyasının qlobal problemlərə siyasi-ideoloji konteksdən deyil, məhz iqtisadi qazanc hədəfləri üzərindən yanaşdığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, Tramp administrasiyasından fərqli olaraq, Kremldə ABŞ-Rusiya münasibətlərinə hələ də siyasi-strateji faktorlar üzərindən yanaşırlar. Ona görə də, Ağ Ev sahibi Donald Trampın Ukrayna savaşını dayandırmaq və həm Rusiya, həm də Ukrayna ilə iqtisadi təmasları inkişaf etdirmək cəhdləri boşa çıxır. Nəticədə Tramp administrasiyası ikinci varianta – Bayden administrasiyasının siyasi kursunun maliyyə-iqtisadi faktorlar üzərindən yürüdülməsinə məcbur buraxılmış olur. Və bu, ABŞ üçün maliyyə gəlirləri vəd etsə də, Ukrayna savaşını tamamilə Rusiyanın əleyhinə yönəlmiş nəticələrə yaxınlaşdıra bilər.

Məsələ ondadır ki, Ağ Ev sahibi Donald Trampın “Biz NATO-ya silah tədarükünü artıracağıq” açıqlaması ABŞ-ın yeni strategiyası və Ukrayna savaşının inkişaf istiqamətlərini dəyişə biləcək məqamlardan xəbər verir. Belə ki, prezident Donald Tramp bəyan edib ki, ABŞ Ukraynaya birbaşa maliyyə yardımı ayırmayacaq. Ancaq NATO üzrə müttəfiqlərinə silah tədarükünü artırmaqda davam edəcək: “Biz artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etmirik, ancaq müharibəni dayandırmağa çalışırıq. NATO ölkələrinə milyardlarla dollar dəyərində raketlər və texnika satırıq. Onlar isə Ukrayna müharibəsini tam şəkildə maliyyələşdirirlər.

Təbii ki, Ağ Ev sahibinin bu açıqlaması həm regional təhlükəsizlik balansına, həm də Ukraynada müharibənin inkişaf istiqamətlərinə birbaşa təsir göstərə biləcək strateji mesaj kimi qiymətləndirilə bilər. Prezident Donald Trampın bu siyasəti bəzi önəmli məqamları ön plana çıxarır. Belə ki, ABŞ artıq Ukraynanın birbaşa “savaş sponsoru” olmaq istəmir, bu maliyyə xərclərini məhz Avropakı NATO üzrə müttəfiqlərinin üzərinə yükləmək niyyətindədir. Digər tərəfdən, Ukraynanın savaş ehtiyaclarını ödəmək üçün NATO ölkələrinə silah satışlarının artırılması ABŞ hərbi-sənaye kompleksinə milyardlarla dollar əlavə gəlir qazandıracaq.

Onu da qeyd etmək lazımdır ki, ABŞ silahlarının Avropaya tədarükünün artması Ukrayna savaşının uzanma riskini yüksəldir. Çünki NATO ölkələrinin sponsorluğu vasitəsilə alınan ən müasir ABŞ silahları sayəsində Ukrayna ordusu savaş meydadında döyüş qabiliyyətini qoruyacaq, ancaq buna baxmayaraq, sürətli qələbə əldə etmək ehtimalı o qədər də inandırıcı görünmür. Buna paralel olaraq, Avropa dövlətləri Ukrayna savaşının əsas maliyyə yükünü daşıyan tərəfə çevrilir. Bu isə uzunmüddətli perspektivdə NATO daxilində ABŞ-Avropa balansında da müəyyən narazılıqlara yol aça bilər.

Rəsmi Kiyev hələlik hadisələrin belə inkişafından tamamilə məmnun görünür. Çünki Avropa ölkələrinin ABŞ-dan “Patriot” sistemlərini və digər hücum silahlarını tədarükü Ukraynanın hava hücumlarından müdafiə və Rusiyanın dərinliklərinə daha sarsıdıcı zərbə imkanlarını genişləndirəcək. Ancaq bu yardımlar Ukraynaya strateji üstünlük qazandırmaqdan daha çox, mövcud hərbi itkilərin qarşısını almağa xidmət edəcək. Və nəticədə Ukrayna savaşı qarşıduran tərəflərin resurslarının tükətməsinə yol aça biləcək uzunmüddətli müharibə formasına keçmiş olacaq.

Göründüyü kimi, son hadisələr Ukrayna üçün müəyyən imkanlar açsa da, Rusiyanın daha ağır vəziyyətə düşə biləcəyi ilə bağlı ehtimalları gücləndirir. Ancaq buna baxmayaraq, Kreml hələ də “sülh masası” ilə məsafəli davranmaqda davam edir. Belə ki, prezident Volodimir Zelenski bəyan edib ki, Kreml ABŞ, Ukrayna və Rusiya liderlərinin mümkün görüşü ilə bağlı mənfi siqnallar verir. Bu, əslində, Rusiyanın siyasi-ideoloji cəhətdən hələlik sülh danışıqlarına hazır olmadığını göstərir.

Məsələ ondadır ki, əgər, indiki situasiyada belə bir görüş baş tutsaydı, əsas ssenari kimi tammiqyaslı sülh anlaşması yox, məhz atəşkəs və mərhələli razılaşma variantı gündəmə gələ bilərdi. Çünki həm Ukraynanın güzəştsiz mövqeyi, həm də Rusiyanın maksimalist tələbləri yaxın perspektivdə uzlaşmanı istisna edir. ABŞ isə maliyyə yükündən kənarda qalaraq, özünü daha çox strateji vasitəçi kimi təqdim etməyə üstünlük verir. Və bu, indiki mərhələdə ABŞ üçün daha sərfəli, həm də silah satışının artması baxımından, qazanclı situasiya kimi görünür.

Ona görə də, prezident Donald Trampın “silah satışlarını artıracağıq” mesajı onu göstərir ki, ABŞ müharibəni maliyyələşdirmə xərclərindən xilas olaraq, indi Ukrayna savaşından iqtisadi qazanclar əldə edəcəyi sistemi tədricən qurmağa başlayıb. NATO üzvü olan Avropa dövlətləri isə Ukrayna savaşının maliyyə yükünün əsas daşıyıcısına çevrilir. Və Rusiyanın da hələlik “sülh masası”ndan uzaq durduğunu nəzərə aldıqda, Ukrayna savaşının hələ uzun müddət davam edə biləcəyi qətiyyən istisna deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Avqust 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri