Icma.az
close
up
RU
Tramp yeni prezidenti təriflədi, dərhal müharibə anonsu verildi Ukrayna modeli

Tramp yeni prezidenti təriflədi, dərhal müharibə anonsu verildi Ukrayna modeli

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Dövlət katibi Marko Rubionun Suriya ilə bağlı səsləndirdiyi fikirlər narahatlıq doğurub. O, bu ölkənin həftələr ərzində vətəndaş müharibəsi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Rubionun sözlərinə görə, hazırkı Dəməşq hökumətinin yaxın zamanda süqut etməsi və ölkənin parçalanması təhlükəsi var. Ağ Ev rəsmisinin bəyanatları Vaşinqtonun Suriyaya qarşı sanksiyaları ləğv etməsi və bu ölkəyə yumşaq yanaşması fonunda müzakirələrə səbəb oldu.

ABŞ Suriyada çevriliş planı hazırlayır? Rubionun açıqlaması nəyə hesablanıb?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Vaşinqtonun Suriyada çevriliş etməsi və ya buna dair bir planın olduğu fikri əsaslı deyil:

“Çünki bir neçə gün öncə ABŞ Prezidenti Donald Trump Suriya Ərəb Respublikasının keçid hökumətinin rəhbəri Əhməd əş-Şara ilə görüşdü. Bu görüş kifayət qədər diqqətçəkən idi. Suriya hökuməti Qərblə isti münasibətlər qurur, Bəşər Əsəd rejimi kimi bu regiona qarşı açıq düşmən münasibəti bəsləmir. ABŞ-la Suriya arasında konkret razılaşmalar mövcuddur, yəni hazırkı vəziyyət Vaşinqton üçün əlverişlidir.


Elxan Şahinoğlu

ABŞ Suriyada hakimiyyəti dəyişmək istəmir. Ən azından bu, indiki reallıqda belədir. Hər halda, yeni bir hökumət iqtidara gələrsə, onunla dialoqun qurulması da asan olmayacaq. O ki qaldı Rubionun açıqlamalarına, ola bilər ki, ABŞ bir əlində “kökə” tutub, digər əlində “qamçı” saxlayır. Yəni bu yolla Suriya hakimiyyətinə mesaj verirlər ki, şərtləri qəbul et, əks təqdirdə vəziyyət dəyişə bilər. Eyni siyasəti Tramp administrasiyası Ukraynada da tətbiq edir”.

Suriyalı türkmən siyasi şərhçi Muxtar Fateh Beydilli isə bildirib ki, Donald Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Əhməd əş-Şara ilə görüşdən sonra onun haqqında çox müsbət fikirlər söylədi:


Muxtar Fateh Beydilli

“Tramp Suriya lideri ilə görüşünün “möhtəşəm” olduğunu deyərək, onu gənc, diqqətçəkici, sərt bir adam kimi xarakterizə etdi. Şara kimi liderlər bir anda yetişmir, xalqın dəstəyi ilə hakimiyyətə gəlir, biz də vəziyyəti buna görə təhlil etməliyik. ABŞ mövcud Suriya hakimiyyəti ilə dialoqa maraqlıdır. Bunu Trampın Səudiyyə Ərəbistanındakı açıqlamalarında da görmək olar. O səbəbdən çevriliş iddialarını əsassız hesab edirəm. Çünki Suriyada qurulan hakimiyyət və birlik buna razı olmaz”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 May 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri