Icma.az
close
up
RU
ABŞ ın dövlət katibi BMT ni aciz qurum adlandırdı

ABŞ ın dövlət katibi BMT ni aciz qurum adlandırdı

Icma.az, Azpost saytına istinadən bildirir.

Münxen Təhlükəsizlik Konfransının ikinci günündə ABŞ Dövlət katibi Marko Rubionun çıxışı maraqla gözlənilirdi. Çünki ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ötən il burada etdiyi sərt çıxış hələ də iştirakçıların yaddaşından silinməyib.

Rubio Avropaya ünvanlanmış bir sıra tənqidi tezisi təkrarlasa da, daha diplomatik dildən istifadə edib. O, çıxışında ABŞ-ın Trans-Atlantik alyansı qorumaqda hələ də maraqlı olduğunu ifadə etməklə yanaşı vurğulayıb ki, bunun üçün Avropa daha güclü və məsuliyyətli olmalıdır.

Rubio qeyd edib ki, Avropanın təhlükəsizliyi birbaşa ABŞ-ın milli təhlükəsizliyi ilə bağlıdır. O xatırladıb ki, əsgərlər mücərrəd maraqları deyil, insanları, həyat tərzini və sivilizasiyanın özünü qoruyurlar.

ABŞ Dövlət katibinin çıxışının ayrıca bir bölməsi beynəlxalq təsisatlara həsr olunub. Rubio bildirib ki, yeni dünya nizamında milli maraqlar mücərrəd anlayışlarla əvəz edilə bilməz, beynəlxalq təşkilatların isə islahatlara ehtiyacı var. Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının müasir böhranlara effektiv şəkildə cavab verməkdə acizliyi ortaya çıxıb.

O qeyd edib ki, “ideal dünyada” problemlər diplomatiya və qətnamələr yolu ilə həll edilərdi, lakin reallıq daha qətiyyətli hərəkətlər tələb edir. Rubionun sözlərinə görə, Tramp administrasiyası bu yanaşmanı dəyişdirmək niyyətindədir və müttəfiqləri birlikdə hərəkət etməyə çağırır.

Çıxışının sonunda Rubio bildirib ki, ABŞ zəif müttəfiqlər istəmir, çünki bu, hamını zəiflədir. Vaşinqtona özünü müdafiə edə bilən və gələcəyə inamla baxan bir Avropa lazımdır. O, müttəfiqləri “sınmış status-kvo”nu bərpa etmək cəhdlərindən əl çəkməyə və bunun əvəzinə onu birlikdə düzəltməyə çağırıb. Əlavə edib ki, Amerika yeni bir rifah əsri qurur və bu yolu Avropa ilə birlikdə keçmək istəyir.

Çıxışından sonra Rubio konfransın prezidenti Volfqanq İşingerin suallarını cavablandırıb. Ukrayna ilə bağlı sülh danışıqlarının perspektivlərindən danışarkən o, ən çətin məsələlərin hələ qarşıda olduğunu qeyd edib. Lakin bildirib ki, Moskvanın danışıqlarda maraqlı olmadığını əvvəlcədən bəyan etmək düzgün deyil. O, ABŞ və Avropanın davamlı sülhə nail olmaq üçün Rusiyaya təzyiq göstərməyə davam edəcəklərini də əlavə edib.

Çinlə rəqabətə gəldikdə Rubio vurğulayıb ki, ABŞ maraqların üst-üstə düşdüyü yerlərdə Çinlə əməkdaşlığa və birbaşa münaqişədən qaçınmaq üçün davamlı dialoqa hazırdır./AZƏRTAC/

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azpost.info
archiveBu xəbər 14 Fevral 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri