Icma.az
close
up
RU
“ABŞ ın gizli kəşfiyyat təyyarəsi Rusiya sərhədlərində: Moskva ilə gərginlik artır“ “Daily Mail“

“ABŞ ın gizli kəşfiyyat təyyarəsi Rusiya sərhədlərində: Moskva ilə gərginlik artır“ “Daily Mail“

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Kalininqrad üzərində "kölgə uçuşları" və yeni kəşfiyyat əməliyyatları..."

Rusiya ilə Qərb arasında artan gərginlik fonunda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing RC-135 Combat Sent" adlı yüksək məxfilik daşıyan kəşfiyyat təyyarəsi yenidən Baltik səmasında görünüb. 

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki,  təyyarə 7 oktyabr səhəri İngiltərədən havaya qalxaraq Baltik ölkələrinin üzərindən keçib, bir neçə dəfə Kalininqrad ətrafında dövrə vurub və sonra bazasına qayıdıb.

Məlumata görə, bu, eyni təyyarənin son günlərdə bölgədə həyata keçirdiyi ikinci oxşar missiyadır. Eyni nömrəli "RC-135" daha əvvəl - oktyabrın 2-də yenə Kalininqrad ətrafında kəşfiyyat uçuşları edib. Həmin gün Almaniyada naməlum mənşəli pilotsuz uçuş aparatları hava məkanını pozaraq Münhen hava limanının fəaliyyətini iflic edib, 10 mindən çox sərnişin yolda qalıb.

"Hibrid müharibə" ittihamı və ABŞ-ın cavabı

Almaniya kansleri Fridrix Mers Moskvanı "hibrid müharibə" aparmaqda ittiham edərək, baş verən insidentlərə görə məsuliyyəti şəxsən Vladimir Putinin üzərinə qoyub. Bu açıqlamadan bir gün sonra ABŞ-ın kəşfiyyat təyyarəsinin Kalininqrad üzərində peyda olması Qərbin Rusiya ilə qarşıdurmasında yeni mərhələ kimi qiymətləndirilir. Ekspertlər hesab edir ki, bu uçuşlar NATO-nun Rusiya sərhədlərindəki fəaliyyətini intensivləşdirmək və Moskvanın radioelektron müdafiə sistemlərini izləmək məqsədi daşıyır.

"RC-135 Combat Sent" səssiz kəşfiyyat silahıdır

"Boeing RC-135 Combat Sent" ABŞ ordusunun ən məxfi və yüksək texnoloji kəşfiyyat təyyarələrindən biridir. O, düşmən dövlətlərin yerüstü, dəniz və hava radar sistemlərinin siqnallarını aşkar edib təhlil etməklə, hərbi analitiklər üçün strateji məlumatlar toplayır.

Bu təyyarələr havada yanacaq doldurma sistemi ilə təchiz olunduğundan uçuş məsafələri demək olar ki, məhdudiyyətsizdir. "RC-135"-lər yüksək, çox yüksək və ultrasəs tezlikli rabitə qurğuları, naviqasiya radarları, doppler blokları və GPS ilə sinxronlaşdırılmış inersial sistemlərlə təchiz edilib.

Onları asanlıqla fərqləndirmək mümkündür - burun hissəsindəki antenalar, qanad uclarındakı uzantılar, iri "yanaq" tipli qapaqlar və uzadılmış quyruq hissəsi bu təyyarənin xarakterik cizgiləridir.

Ekipaj adətən iki pilot, bir naviqator, iki mühəndis və azı on elektron kəşfiyyat zabitindən ibarət olur. Bu zabitlər ABŞ Hərbi Hava Qüvvələrində "qarğalar" ("Ravens") adlanır və düşmənin radioelektron fəaliyyətini izləmək üzrə ixtisaslaşıb.

Baltikdə artan hərbi fəallıq

Son aylarda ABŞ və NATO-nun Baltik regionundakı hərbi fəaliyyəti nəzərəçarpacaq dərəcədə artıb. ABŞ donanmasının raket esminesi artıq Baltik dənizində yeni NATO missiyasına qoşulub. Missiyanın məqsədi regionun sualtı infrastrukturunu mümkün diversiyalardan qorumaqdır.

Eyni zamanda Qərb kəşfiyyat mənbələri bildirir ki, Çin də Rusiya ilə birlikdə Avropaya qarşı "hibrid müharibə" kampaniyalarına cəlb olunub - kiberhücumlar və dezinformasiya əməliyyatları bu strategiyanın əsas tərkib hissələridir.

Kalininqrad üzərindəki "səssiz dövrlər" və ABŞ kəşfiyyat təyyarələrinin fəallaşması onu göstərir ki, Moskva ilə Qərb arasında informasiya və texnoloji müharibə açıq qarşıdurma mərhələsinə yaxınlaşır. Baltik səması isə artıq bu görünməyən savaşın əsas cəbhələrindən birinə çevrilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri