Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

2026 müharibə ili So­sial şə­bə­kə­də ya­zı­lan­lar

2026 müharibə ili So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru:

- "Asahi Sinbun" Yaponiyada ən çox satılan qəzetlərdən biridir. Hətta rəqəmsal dünyaya keçidə baxmayaraq, onun çap versiyası hər gün milyonlarla insan tərəfindən oxunulur.

Qəzetin ön səhifəsində mühüm xəbər və elanların əhatəsində poeziya rubrikası yer alır.

Hər gün milyonlarla yapon şeir oxuyur! Elə insanlar var ki, qəzeti yalnız bu şeirlərə görə alırlar, oxuyan kimi də bu şeirləri kəsib saxlayırlar...

Zəruri qeyd: "Asahi Sinbun" 1879-cu ildə təsis edilmişdir. 1966-cı ildə qəzetin tirajı  4,7 milyon nüsxəyə çatmışdır. İnternet dövründə qəzetin tirajı 12 milyon nüsxəni ötüb.

Aydın Quliyev, jurnalist:

- Tramp 2026-nı "müharibə ili" kimi başladı...

Tramp bu gün səhər üzü Venesuelanın paytaxtı Karakası vurdu. Artıq şəhərdən duman və tüstü qalxır... Deyilənə görə, Karakasın bir neçə kilometrliyində hərbi baza vurulur... Ancaq bir neçə şəhərin işığı kəsilib... Deyəsən, 2026 "müharibələr ili" olacaq. Allah qorusun hamını... İran, Suriya, Yəmən, Somali, Tayvan, Ukrayna - görün neçə yerdə müharibə ocaqları alovlanır. Somalidə Türkiyə ilə İsrailin toqquşa biləcəkləri də ehtimallar sırasındadır. Ən pisi odur ki, artıq ölkələrin çəkinmədən bir- birinə hücum etməsi adi hal almaqdadır...

Mehriban Vəzir, yazıçı-publisist:

- Feysbuk qorxunc məkandır. Elə qorxunc ki, ömründə 1 kitab oxumayan 70 kitab yazana "savadsız" deyər. Və o 70 kitab yazanı heç kəs - kitab yazanlar belə müdafiə etməz. O 1 kitab oxumayan var ha... yazan da, oxuyan da ondan qorxar.

İradə Tuncay, Əməkdar jurnalist:

- İlk dəfə olmayıb ki... 2006-cı ildə Serbiyaya bomba tökdü, prezidentini də atdı zindana... Elə orda da öldü... Miloşeviç yaddan çıxıb???

Firuz Mustafa, yazıçı:

- Məsud Pezeşkian vicdanlı adam, humanist prezidentdir. Etiraf edir ki, mövcud şəraitin yaranmasında təqsirkar xalq yox, bizik, yəni hakimiyyətdir.

Amma etirafla iş bitmir. İranda sistem özü eybəcərdir. 21-ci əsrdə dövləti teokratik üsulla idarə etmək   dövlətin əsaslarına balta vurmaqdır. Dövlət dini yox, dünyəvi qanunlarla idarə olunmalıdır. Sistem dəyişməlidir. Vəssalam.

lll

- Gəzməklə, görməklə deyil, vallah. Adamın atasını təxminən yarım əsr əvvəl İrandan qovublar. Düzdür, Şahın yerinə gələnlər də bir düz-əməlli sistem qura bilməyiblər.  Şahzadə Reza Pəhləvini deyirəm... Bu adam uzun illər Qərbdə, Amerikada yaşayıb. Amma və lakin... Bu gerizəkalı bu yaşacan nə Avropa dəyərlərindən, nə dünya sivilizasiyasından bir şey əxz edib. Elə durub-oturub deyir ki, məni atamın əvəzinə İrana Şah təyin edin. Özü də söz verir ki, onun atasının qovulmasında fəal iştirak etmiş türklərlə xüsusi haqq-hesab çürüdəcək. Onu qızışdırıb bu işə təhrik edən anası Fərəh də demir ki, a bala, sarsaqlama, sən elə türk kökənlisən də...

Ay adam, heç olmasa bir dünyaya bax, soydaşlarına de ki, İranda bir demokratik seçki keçirin, mən də şansımı yoxlamaq üçün o seçkidə iştirak edim, Prezident olmasam da, ostandarlıqda, əncümənlikdə-filanda bir iş verin, başımı girələyim.

Beləsinə deyiblər: qanmır ki, qanmır.

Eldar Mansurov, bəstəkar:

- Bir müddət əvvəl dostum Rahib Azəri mənə yaxşı bir xəbər çatdırdı. O dedi ki, vaxtilə İçərişəhərdə "Tut ağacı" meydanı adı ilə tanınan bu yerə öz qədim adı - "Ağa Salah Meydanı" adı qaytarıldı. Bu meydanı yaradan şəxs mənim ulu babam Ağa Salah bəy Mansurov olmuşdur. Tarixi adın yenidən bu meydana qaytarılmasına görə İçərişəhər qoruğunun rəhbərliyinə özümün və ailəmin adından minnətdarlığımı bildirirəm.

Elçin Hüseynbəyli, Əməkdar incəsənət xadimi:

- Qafqazda hər zaman söz sahibi türklər (azərbaycanlılar olub). Rusiyanın tərkibinə keçdikdən sonra bu mövqe yavaş-yavaş zəifləyib, SSRİ yaradılandan sonra da davam edib, xristian təəssübkeşliyi başqa millətləri önə çıxarıb. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin dövründə isə Azərbaycan yenidən Qafqazda söz sahibi olmağa başlayıb və bu mövqenin davamlı olacağını düşünürəm. Hər cəhətdən buna gücümüz, imkanımız, haqqımız çatır! Bunun üçün bir-birimizin haqqını tanımalı, dilimizi, birliyimizi qorumalıyıq. Tanrı dövlətimizi, xalqımızı, tapındığımız dövlət başçımızı qorusun!

Mir Səməd, bloger:

- Yeni il qabağı Tarkan yenə də bütün Türkiyəyə insanlıq dərsi keçib.

Türkiyə estradasının canlı əfsanəsi doğma yurdunun - Sivasın ən kasıb rayonlarında 15 məktəb tikintisi üçün 22 milyon Amerika dolları ianə edib. Bu addım 30 min balacanın taleyində rol oynayacaq.

Sosial şəbəkələrdə milyonlarla insan şükranlıq statusu bölüşüb.

Bu addımın ən təsirli anı isə Tarkanın Sivasda verdiyi mini konsertdə dediyi sözlər olub.

Tarkan deyib: "Bu məktəblərə gedəcək balalar, mənim uşaqlığımdır. Mən də palçıqlı yollarla, köhnə ayaqqabıda  məktəbə getmişəm. Tikiləcək məktəblər mənim uşaqlıq qarşısındakı borcumdur".

Anasını xatırlayaraq, onun həmişə dediyi, "əgər gələcəkdə varlansan,  haradan olduğunu heç vaxt unutma!" sözlərini təkrarlayıb.

Əlbəttə, bizdə Tarkan kimi dünya səviyyəli müğənnilər yoxdur, amma toy biznesindən kifayət qədər pul qazanan, sponsoru hesabına çox varlanan musiqiçilər var axı.

Bəs niyə onlar öz kəndləri, obalarında, məktəb tikintisi demirəm, heç olmasa binanın təmiri, partaların yenilənməsi üçün pul ayırmırlar?

Asif Nərimanlı, jurnalist:

- İranda davam edən etirazlar fonunda ABŞ-ın hərbi müdaxiləyə əl atacağı haqda gözləntilər aktuallaşır. İsrailin "İran ballistik raket istehsalına yenidən başlayır" açıqlamaları, Trampın "etirazçılar öldürülərsə, müdaxilə edəcəyik" xəbərdarlıqları, ABŞ hərbi təyyarələri və xüsusi təyinatlı qüvvələrinin 12 günlük müharibədən öncə olduğu kimi, yenə Böyük Britaniya və Almaniyaya köçürülməsi haqda yayılan məlumatlar və respublikaçı senatorların çağırışları diqqəti bu istiqamətə yönəldir.

12 günlük müharibədə İranın nüvə obyektlərini, iddia edildiyi kimi, tamamilə məhv etməyin mümkün olmaması və Tehranın proqramdan imtina etməməsi hərbi müdaxilə ssenarisini yenidən ön plana çıxarmışdı. İran Avropa ilə alternativ nüvə danışıqları masası qurmağa çalışdı, ardınca Vaşinqtona "ədalətli danışıqlar" təklifi göndərdi. Hər iki cəhdin nəticəsiz qalması fonunda nüvə məsələsi ilə bağlı diplomatik həll variantları yerini hərbi ssenarilərə verir.

Lakin İrana hərbi müdaxilənin indi - daxildə etirazların dalğavari şəkildə böyüdüyü vaxt edilməsi ehtimalı birmənalı qarşılanmır. Çünki ABŞ-ın mümkün hərbi müdaxiləsi rejimin xalq etirazına qarşı zorakılığı klassik "xarici düşmən" təbliğatı ilə legitimləşdirmək imkanlarını gücləndirə bilər. Artıq Trampın xəbərdarlığı bu təbliğatda geniş istifadə olunur. Hərçənd, burada ABŞ-ın etirazçıların simasında "İran xalqının xilaskarı" kimi müdaxilə etməsi detalı əhəmiyyətlidir.

12 günlük müharibədə İranda rejimi dəyişməyin mümkün olmaması İsrailin ABŞ-ı razı sala bilməməsindən daha çox, belə bir şəraitin yoxluğundan qaynaqlanırdı və xalq bunu ölkəyə müdaxilə kimi qəbul etdiyi üçün hakimiyyətin ətrafında birləşdi, hətta rejim əleyhdarları da ya çoxluğa qoşuldu, ya da səssiz qalmağa üstünlük verdi. Mövcud şərtlərdə - etirazların zorakılıqla üzləşdiyi, insanların öldürüldüyü vaxtda hərbi müdaxilə İranda xalq tərəfindən nüvə obyektlərinə zərbə yox, onları rejimdən qorumaq kimi qəbul edilə və dəstəklənə bilər. Bu kontekstdə Vaşinqtonun 12 günlük müharibənin "dərslərinə" istinadən, hərbi müdaxilə ssenarisini "xalqın xilaskarı" obrazında tətbiq etməsi ehtimalı güclənir.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Kim hazırdır, kim geridə qalır? AI reytinqlərində Azərbaycan

Dünyada ölkələrinin süni intellekt üzrə hazırlıq və imkanlarını ölçən əsas beynəlxalq reytinqlər sırasında "Oxford Insights", "Stanford AI Index", IMF-in rəqəmsal hazırlıq indikatorları xüsusi yer tutur.

"Oxford Insights"in "Government AI Readiness Index" 2025-ci ilin reytinqini açıqlayıb.

Bu reytinqi ölkələri 4 əsas istiqamət üzrə qiymətləndirir:

Policy & Governance - strategiyalar, hüquqi və institusional çərçivə

Data & AI Infrastructure - data idarəçiliyi, hesablama gücü

Public Sector Adoption - dövlət sektorunda süni intellektin real tətbiqi

Human Capital & Innovation - insan kapitalı, innovasiya və ekosistem

2025-ci il hesabatına əsasən, Azərbaycan 111-ci yerdən 70-ci yerə yüksələrək, bir il ərzində qlobal miqyasda ən sürətli irəliləyiş göstərən ölkə olub.

Bu nəticə təbii ki, süni intellekt strategiyasının qəbulu, dövlət tərəfindən süni intellektlə əlaqəli iki Superkompüter Mərkəzinin qurulması və dövlət sektorunda koordinasiyanın güclənməsi ilə bağlıdır.

Bu reytinqdə Özbəkistan və Qazaxıstanın xeyli önə çıxması, NVİDİA ilə ciddi işbirliyi olan Ermənistanın isə xeyli geridə olması diqqət cəlb edəndir.

Reytinqdən görsənir ki, Azərbaycanın ən güclü tərəfləri  hüquqi və institusional çərçivənin formalaşmasıyla bağlıdır.

Ən zəif tərəflər isə kadr hazırlığı, tədqiqat və genişmiqyaslı innovasiya proqramlarının və tətbiqlərin hələ yetərli səviyyədə olmamasıdır.

Reytinqdəki bəzi ölkələr üzrə mövcud sıralamanı təqdim edirəm:

ABŞ - 1-ci yer

Böyük Britaniya - 2-ci yer

Ukrayna - 40-cı yer

Rusiya - 47-ci yer

Türkiyə - 48-ci yer

Qazaxıstan - 60-cı yer

Özbəkistan - 62-ci yer

Azərbaycan - 70-ci yer

Gürcüstan - 84-cü yer

Ermənistan - 108-ci yer

Qırğızıstan - 116-ci yer

Belarus - 121-ci yer

Görünən budur ki, Azərbaycanın mövqeyinin daha da yüksəlməsi üçün süni intellekt üzrə kütləvi kadr hazırlığına, süni intellektin dövlət xidmətlərində və biznesdə kütləvi tətbiqinə, akademik mühitdə tədqiqatların aparılmasına diqqəti artırmaq lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:369
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri