Əsgər müdafiə nazirinə irad bildirdi VİDEO
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gün ABŞ-də Veteranlar Günündə, Müdafiə naziri Pit Heqset həyat yoldaşı və köməkçiləri ilə birlikdə Arlinqton Milli Qəbiristanlığındakı Naməlum Əsgər Məzarını ziyarət edib.
Bakıvaxtı.az AP-yə istinadən xəbər verir ki, bir neçə fotoşəkil çəkildikdən sonra, onunla birlikdə gələnlər yüksək səslə danışmağa və gülməyə başlayıblar. Bu zaman fəxri qarovul dəstəsinin bir üzvü növbətçiliyini dayandıraraq qrupa tərəf dönüb və sərt, əmr dolu bir səslə deyib:
"Bütün ziyarətçilərdən hər zaman sükut və hörmət mühitini qorumaları tələb olunur!"
Pentaqonun sözçüsü nəşrə bildirib ki, qarovulçu müdafiə nazirinə irad bildirməklə düzgün hərəkət edib:
"Nazir və bütün nazirlik, hərbçilərimizin Amerikanın təhlükəsizliyi naminə etdikləri fədakarlıqlara hər zaman hörmətlə yanaşıblar və bundan sonra da yanaşacaqlar. Bu müqəddəs günün qeyd olunduğu vaxtda əsgər, hər kəsə müvafiq davranış qaydalarına riayət etməyin vacibliyini yerində və hörmətlə xatırladıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 12 Noyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















