Xərçəng xəstəliyindən əziyyət çəkən bloger Putindən nə istəyib?
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Məhkəmənin qərarı ilə 5 il şərti həbs cəzasına və 763,5 milyon rubl məbləğində cəriməyə məhkum edilən bloger Valeriya Çekalina (Lerçek) Rusiya Prezidenti Vladimir Putinə əfv olunması barədə müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Konstantin Tretyakov RİA Novosti-yə məlumat verib.
Vəkilin sözlərinə görə, Çekalina əfv ərizəsini prezidentin adına yazıb. Qanunvericiliyə əsasən, belə müraciətlər cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanası vasitəsilə təqdim edilir.
Lakin bloger şərti cəzaya məhkum olunduğundan ərizə internetlə prezidentin qəbul şöbəsinə göndərilib və Federal Penitensiar Xidmətə (FSİN) də çatdırılıb.
Bundan əvvəl Lerçekin müdafiəsi onun mədə xərçənginin müalicəsi üçün Çinə getməsinə icazə verilməsi məqsədilə FSİN-ə müraciət etmişdi. Bloger Çində CAR-T hüceyrə terapiyası almaq istəyirdi. Müdafiə tərəfi bu məqsədlə məhkəməyə də müraciət etsə də, vəsatətə baxılmayıb.
Qeyd edək ki, Valeriya Çekalinaya mədə xərçənginin dördüncü mərhələsi diaqnozu qoyulub.
O, təkrar kimyaterapiyadan sonra səhhətinin pisləşdiyini, görmə qabiliyyətinin zəiflədiyini, yuxululuğun artdığını və enerjisinin azaldığını bildirib.
Noyabrın 5-də Moskva Şəhər Məhkəməsi blogerin qanunsuz olaraq xaricə külli miqdarda pul köçürməsi işi üzrə apellyasiya şikayətlərinə baxaraq əvvəlki hökmü qanuni və əsaslı hesab edib. Həmin vaxt Çekalina təcili xəstəxanaya yerləşdirildiyi üçün məhkəmə iclasında iştirak edə bilməyib. Hazırda o, Moskva xəstəxanalarından birində yenidən kimyaterapiya kursu keçir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Noyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















