ABŞ ın hərbi qüvvələrinin cəmləşdirilməsinə baxmayaraq, İranın xarici işlər naziri danışıqlara ümidlidir
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ qüvvələrinin İrana zərbə endirməyə hazır olduğu bir vaxtda İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehranın nüvə silahları proqramı ilə bağlı ABŞ-la razılaşma əldə olunacağına “əminliyini qoruyur”.
APA xəbər verir ki, o, bu barədə bazar günü CNN telekanalına açıqlamasında bildirib.
“Təəssüf ki, biz ABŞ-ı danışıqlar üzrə tərəfdaş kimi artıq etibarlı hesab etmirik”, – deyə Araqçi vurğulayıb. Bununla belə, onun sözlərinə görə, regiondakı dost ölkələr vasitəsilə mesaj mübadiləsi ABŞ-la “məhsuldar” danışıqların aparılmasına şərait yaradır.
Bu həftəsonu ABŞ tərəfdən də oxşar nikbinlik müşahidə olunub. Şənbə günü Air Force One təyyarəsində jurnalistlərlə söhbət edən ABŞ prezidenti Donald Tramp İranın “bizimlə ciddi şəkildə danışdığını” bildirib.
Araqçi ABŞ nümayəndələri ilə birbaşa danışıqlara başlamağa söz verməkdən imtina edərək, danışıqların formasından daha çox məzmununun vacib olduğunu qeyd edib.
Onun bu açıqlamaları İranın ali rəhbəri Ayətullah Əli Xameneinin sərt mövqeyi fonunda səslənib. Xamenei ABŞ-ın İrana istənilən hücumunun regional müharibəyə səbəb olacağı barədə xəbərdarlıq edib. Dövlət mediasının məlumatına görə, o, bazar günü Tehrandakı İmam Xomeyni məscidində toplaşanlara bildirib ki, İran “heç bir ölkəyə hücum etmək niyyətində deyil, lakin ona hücum edən və təzyiq göstərən hər kəsə İran xalqı sərt zərbə endirəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 01 Fevral 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















