Icma.az
close
up
RU
ABŞ ın internet nəhəngi Google Çinin hədəfindədir

ABŞ ın internet nəhəngi Google Çinin hədəfindədir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çin və ABŞ arasında artan iqtisadi və texnoloji rəqabətin, həmçinin ticarət gərginliyinin son qurbanlarından biri dünyanın ən böyük internet şirkətlərindən olan "Google" olub.

Bizimyol.info "trhaber"ə istinadən xəbər verir ki, Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi, antiinhisar qaydalarını pozması iddiası ilə "Google"a qarşı araşdırma başlatdığını açıqlayıb.

ABŞ prezidenti Donald Trampın Çinə tətbiq etdiyi əlavə 10 faizlik gömrük rüsumlarına cavab olaraq Pekin administrasiyası tərəfindən görülən bir sıra ehtiyat tədbirləri ilə birlikdə şirkətlə bağlı araşdırma elan edilib. "Google"un hansı hərəkətlərə görə araşdırıldığı hələlik açıqlanmayıb.

İnternetdə ciddi məzmun nəzarətinin həyata keçirildiyi Çində "Google"un əsas biznesinə, axtarış sisteminə və digər xidmətlərə giriş bloklanıb. Şirkət Çindəki əsas biznesini 2010-cu ildə bitirsə də, hələ də xaricdə reklam satışından gəlir əldə edir. İnformasiya saytı şirkətin Çindən əldə etdiyi gəlirin 2018-ci ildə 3 milyard dollara çatdığını bildirib.

Çin hökuməti bu gün Trampın tarif artımlarına qarşı bir sıra tədbirlər görəcəyini açıqlayıb. ABŞ-dan idxal edilən bəzi məhsullara 10-15 faiz əlavə gömrük rüsumunun tətbiq ediləcəyi, kritik minerallara isə ixrac nəzarətinin tətbiq ediləcəyi bildirilib.

Digər tərəfdən, ABŞ-ın geyim qrupu "PHV" və biotexnologiya şirkəti "Illumina" "Çin şirkətlərinə qarşı ayrı-seçkilik tətbiqləri" səbəbindən "etibarsız qurum"siyahısına daxil edilib.

Keçən il Çində ABŞ-ın çip istehsalçısı "Nvidia"ya qarşı antiinhisar qaydalarını pozduğuna görə araşdırma başladılıb.

ABŞ-ın keçmiş prezidenti Co Baydenin Çinin çip sektoruna əlavə məhdudiyyətlər tətbiq etməsindən sonra aparılan istintaqın "Nvidia"nın İsrailin çip dizayn şirkəti "Mellanox Technologies"i satın almasının Çinin Antiinhisar Qanununu pozduğu şübhəsi ilə başladığı bildirilir.

2023-cü ildə Pekin administrasiyası ABŞ-ın yaddaş çipi istehsalçısı "Micron Technologies"ə qarşı kibertəhlükəsizlik araşdırması başladıb və araşdırma nəticəsində şirkətə mühüm infrastruktur layihələri həyata keçirən Çin şirkətlərinə çip və inteqral sxemlərin satışı qadağan edilib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Fevral 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see375

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see324

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see265

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see264

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see258

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see247

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see240

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see223

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see207

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see202

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see193

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see192

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see190

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see187

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see181

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see177

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see172

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see171

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri