ABŞ ın neft ehtiyatları 44 ilin minimumuna enib
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın Strateji Neft Ehtiyatlarında xam neftin həcmi azalmağa davam edir. Noyabrın 13-də başa çatan hesabat həftəsinin sonunda ehtiyatların həcmi 276,4 milyon barelə enib. Bu, 1982-ci ilin oktyabr ayından bəri qeydə alınan ən aşağı göstəricidir.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin məlumatlarında bildirilir.
Məlumata görə, son bir həftə ərzində ölkənin strateji neft ehtiyatları təxminən 3,1 milyon barel azalıb. Müqayisə üçün qeyd edək ki, 1982-ci il oktyabrın 8-də başa çatan hesabat həftəsində ehtiyatların həcmi 278,725 milyon barel təşkil edib.
ABŞ-ın Strateji Neft Ehtiyatlarında azalma prosesi avqustun sonlarından etibarən sürətlənib. Oktyabrın əvvəlində ehtiyatların həcmi 283 milyon barelə qədər geriləyib, noyabrın əvvəlindən isə azalma daha da intensivləşib.
Qeyd edək ki, ABŞ-ın Strateji Neft Ehtiyatı 1975-ci ildə, qlobal enerji böhranından sonra Konqresin qərarı ilə yaradılıb. Bu ehtiyatların əsas məqsədi fövqəladə hallar, enerji təchizatında ciddi fasilələr və neft bazarında yaranan böhranlar zamanı ölkənin enerji təhlükəsizliyini təmin etməkdir.
Baxış sayı:101
Bu xəbər 17 Noyabr 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















