Icma.az
close
up
RU
İnzibati diplomatiyada innovativ texnologiyalar

İnzibati diplomatiyada innovativ texnologiyalar

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan və Qazaxıstan Dövlət İdarəçilik akademiyalarının əməkdaşlığı

2026-cı il noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Qazaxıstanın müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə çalışan, eyni zamanda, Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsində təhsil alan dövlət qulluqçuları üçün “Dövlət idarəçiliyində innovativ texnologiyalar” adlı növbəti təlim-təcrübə proqramına başlanılıb. İki həftə davam edəcək proqram çərçivəsində qazaxıstanlı iştirakçıların Azərbaycanın dövlət idarəçiliyi təcrübəsi, institusional islahatları və innovativ idarəetmə mexanizmləri ilə tanışlığı, müxtəlif dövlət qurumlarına səfərləri və təcrübə mübadiləsi nəzərdə tutulur.

İlk baxışda kadr hazırlığı və peşəkar təcrübə mübadiləsi xarakteri daşıyan bu təşəbbüs, əslində, Azərbaycan–Qazaxıstan münasibətlərinin daha geniş siyasi və institusional məzmununu ifadə edir. Müasir beynəlxalq münasibətlərdə dövlətlərarası əməkdaşlığın miqyası artıq yalnız siyasi dialoq, iqtisadi əlaqələr və nəqliyyat-kommunikasiya layihələri ilə ölçülmür. Dövlət institutlarının qarşılıqlı öyrənilməsi, idarəçilik təcrübəsinin paylaşılması, innovativ texnologiyaların tətbiqi və insan kapitalının inkişafı da strateji tərəfdaşlığın mühüm istiqamətlərinə çevrilib. Buna görə də Bakı və Astana arasında həyata keçirilən təlim proqramı iki ölkənin münasibətlərində inzibati diplomatiyanın və bilik mübadiləsinin artan əhəmiyyətini nümayiş etdirir.

Proqramın açılışında çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın idarəçilik təcrübəsinin beynəlxalq səviyyədə maraq doğurduğunu vurğulayaraq bildirib: “Azərbaycanın dövlət idarəçiliyi sahəsində əldə etdiyi təcrübə beynəlxalq səviyyədə maraq doğurur və bu kimi təlim proqramları ölkələr arasında təcrübə mübadiləsinin genişlənməsinə xidmət edir”.

Azərbaycan və Qazaxıstanı bu istiqamətdə yaxınlaşdıran əsas amillərdən biri onların müstəqillik dövründə qarşılaşdıqları inkişaf çağırışlarının və modernləşmə prioritetlərinin, müəyyən mənada, üst-üstə düşməsidir. Hər iki dövlət milli dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu proseslərdə texnoloji yeniliklərin tətbiqi ilə yanaşı, peşəkar dövlət qulluqçularının hazırlanması və qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Müasir idarəçilikdə süni intellekt, rəqəmsal dövlət platformaları, informasiya təhlükəsizliyi və məlumatlara əsaslanan qərar qəbuletmə mexanizmləri dövlət aparatının fəaliyyət prinsiplərini dəyişdirir. Bu texnologiyalar dövlətin idarəetmə qabiliyyətini artırmaqla yanaşı, vətəndaş-dövlət münasibətlərinin keyfiyyətinə, institusional şəffaflığa və dövlət siyasətinin nəticəliliyinə də təsir göstərir. Belə şəraitdə Azərbaycan və Qazaxıstan arasında innovativ idarəçilik sahəsində təcrübə mübadiləsi hər iki tərəfin modernləşmə gündəliyi baxımından aktualdır. Əməkdaşlığın mühüm xüsusiyyəti onun qarşılıqlı xarakter daşımasıdır. Azərbaycan öz idarəçilik təcrübəsini təqdim etməklə yanaşı, Qazaxıstanın dövlət quruculuğu və modernləşmə təcrübəsi ilə də tanışlıq üçün institusional dialoq imkanı əldə edir. Qazaxıstan nümayəndə heyətinin rəhbəri Abdukadırov Bauırcan çıxışında Dövlət İdarəçilik Akademiyası ilə Qazaxıstan Dövlət İdarəçilik Akademiyası arasında həyata keçirilən proqramın dövlət qulluqçularının peşəkar inkişafına, müasir idarəetmə biliklərinin artırılmasına və iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.

İki akademiya arasında əməkdaşlığın əhəmiyyəti onların institusional statusu ilə də bağlıdır. Hər iki qurum prezident yanında fəaliyyət göstərən və dövlət idarəçiliyi sahəsində peşəkar kadrların hazırlanmasına yönələn ixtisaslaşmış təhsil və inkişaf institutlarıdır. Onların əməkdaşlığı sırf akademik əlaqələr çərçivəsini aşaraq dövlət aparatının kadr potensialına və idarəçilik mədəniyyətinə təsir göstərmək imkanına malikdir.

Təlim proqramı çərçivəsində Azərbaycan Respublikasının dövlət qurumlarına səfərlərin nəzərdə tutulması proqramın əhatə dairəsini genişləndirir. Qanunvericilik fəaliyyəti, iqtisadi islahatlar, sosial siyasət, insan hüquqlarının müdafiəsi, dövlət xidmətləri və texnoloji inkişaf vahid idarəçilik sisteminin qarşılıqlı əlaqəli komponentləri kimi təqdim olunur. Xüsusilə ASAN xidmət təcrübəsi və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin fəaliyyəti Azərbaycanın innovativ idarəçilik yanaşmalarının nümayişi baxımından diqqətəlayiqdir. ASAN modeli dövlət xidmətlərinin təşkili, operativlik, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinin tətbiqi ilə seçilir.

Proqramın regional siyasi əhəmiyyəti Azərbaycan–Qazaxıstan münasibətlərinin mövcud geosiyasi və geoiqtisadi konteksti ilə də sıx bağlıdır. Xəzər dənizi hövzəsində əməkdaşlıq, Orta Dəhlizin inkişafı, enerji və nəqliyyat təhlükəsizliyi, logistika imkanlarının genişləndirilməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin dərinləşdirilməsi iki ölkənin ortaq maraqlarının əsas istiqamətləridir. Xüsusilə beynəlxalq nəqliyyat marşrutlarının əhəmiyyətinin artdığı indiki şəraitdə Azərbaycan və Qazaxıstanın regional bağlantıların inkişafında oynadığı rol daha da aktuallaşır. Lakin nəqliyyat və logistika infrastrukturunun inkişafı əməkdaşlığın yalnız fiziki tərəfini təşkil edir. Orta Dəhlizin səmərəliliyi rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi, sərhəd keçidlərinin operativ təşkili və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi ilə də birbaşa bağlıdır.

Prosesin digər tərəfi insan kapitalının dövlətlərarası münasibətlərdə artan roludur. Ənənəvi diplomatiyada əsas aktorlar siyasi rəhbərlər və xarici siyasət qurumları olduğu halda, müasir dövrdə dövlət qulluqçuları, ekspertlər, tədqiqatçılar və akademik institutlar da əməkdaşlığın davamlılığında mühüm rol oynayırlar. Onların arasında yaranan peşəkar əlaqələr rəsmi siyasi dialoqu tamamlayır, dövlət qurumları arasında qarşılıqlı anlaşmanı asanlaşdırır və birgə təşəbbüslər üçün yeni imkanlar yaradır.

Beynəlxalq tərəfdaşların Azərbaycanın dövlət idarəçiliyi təcrübəsinə maraq göstərməsi ölkənin institusional nüfuzunun artmasına şərait yaradır. Eyni zamanda, bu əməkdaşlığın qarşılıqlı xarakteri Qazaxıstanın da müstəqil inkişaf prioritetlərini və milli idarəçilik xüsusiyyətlərini nəzərə almağa imkan verir.

Müasir dünyada dövlətlərin nüfuzu və rəqabət qabiliyyəti bilik yaratmaq, innovasiyaları idarəetməyə tətbiq etmək və bu təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşmək imkanları ilə müəyyən olunur. Azərbaycan–Qazaxıstan əməkdaşlığının bu yeni istiqaməti də məhz həmin reallıqdan irəli gəlir. Ortaq tarixi və mədəni dəyərlərin müasir texnoloji və institusional təşəbbüslərlə tamamlanması iki ölkənin strateji tərəfdaşlığını daha praktik və dayanıqlı məzmunla zənginləşdirir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Noyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri