Bəzi mənzillərdə istilik niyə zəifdir? “Azəristiliktəchizat”dan AÇIQLAMA
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İstilik mövsümünün başlamasına baxmayaraq, bəzi yaşayış binalarında mənzillərin lazımi səviyyədə qızmaması sakinlərin narazılığına səbəb olur. Xüsusilə istiliyin binaya verildiyi, lakin mənzillərdə temperaturun aşağı olduğu hallarda problemin səbəbi və məsuliyyət məsələsi gündəmə gəlir.
Məsələ ilə bağlı SİA-nın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-dən bildirilib ki, son illərdə istilik təchizatı infrastrukturunun yenilənməsi və modernləşdirilməsi istiqamətində mütəmadi işlər həyata keçirilir.
Qeyd olunub ki, 2024–2025-ci illərdə istismar müddəti başa çatmış ümumilikdə 12 qazanxana sökülərək onların yerində yeni qazanxanalar inşa edilib. Yenilənmiş qazanxanalar vasitəsilə 107 yaşayış binası, 5 525 mənzil, 8 məktəb, 6 uşaq bağçası, 1 səhiyyə müəssisəsi və 48 digər obyekt istiliklə təmin olunur.
Bildirilib ki, Sumqayıt və Sabunçu rayonlarında köhnə qazanxanaların yerində modul tipli qazanxanalar quraşdırılıb. İsmayıllıda isə köhnə divar tipli qazanlar daha müasir, saatda 0,35 Qkal istilik gücünə malik qazan qurğusu ilə əvəzlənib.
Qurumdan əlavə edilib ki, son üç il ərzində təxminən 40 kilometr istilik xətti yenilənib. 2025-ci ildə 15 min metrə yaxın boru xətti dəyişdirilib, 10 mindən artıq siyirtmə və digər avadanlıqlar təmir olunub. Hazırda Xətai rayonunda iki istilik məntəqəsinin qazanxanaya çevrilməsi, Yasamal rayonunda isə bir köhnə qazanxananın modernləşdirilməsi işləri aparılır.
Mənzillərdə istiliyin lazımi səviyyədə olmamasının səbəblərinə toxunan Cəmiyyətdən bildirilib ki, belə hallar bir çox vaxt binadaxili və mənzildaxili istilik sistemlərindəki problemlərlə əlaqədar yaranır.
Açıqlamada qeyd olunub ki, bəzi hallarda sakinlərdən birinin siyirtməni bağlaması digər mənzillərə istiliyin çatmasına mane olur. Eyni zamanda, istilik xəttinin sxeminin dəyişdirilməsi də sistemdəki dövriyyəyə mənfi təsir göstərə bilər.
Vurğulanıb ki, binadaxili və mənzildaxili problemlər Cəmiyyətin birbaşa məsuliyyət zonasına daxil olmasa da, 956 Çağrı Mərkəzinə daxil olan müraciətlər əsasında sakinlərə zəruri texniki dəstək göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 17 Noyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















