ABŞ ın nəhəng kimya məhsulları konserni Almaniyadakı bəzi istehsal sahələrini bağlayır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Berlin, 7 iyul, AZƏRTAC
ABŞ-ın kimya məhsulları üzrə nəhəng şirkətlərindən olan “Dow” konserni 2027-ci ilin sonunadək Almaniyadakı bəzi istehsal sahələrini bağlayacaq.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Saksoniyadakı Böhlen və Saksoniya-Anhaltın Şkopau şəhərlərindəki bəzi istehsal sahələrinin bağlanmasının səbəbləri Avropa bazarındakı struktur problemləri, o cümlədən yüksək enerji və istismar xərcləri, eləcə də əsas sənaye sahələrində tələbatın azalmasıdır. “Dow” artıq bu qərarı ondan təsirlənən müəssisələrdə çalışan işçilərə çatdırıb. Bu qərar nəticəsində Böhlen və Şkopaudakı 550 daimi iş yeri ləğv ediləcək.
“Dow” Şkopau, Leuna və Böhlendə plastik və tikinti sənayesi üçün materialların istehsalını davam etdirir. Şirkətin bu sahələrin bağlanma qərarından təsirlənmədiyi açıqlanıb. Şirkətin Almaniyadakı 13 müəssisəsində ümumilikdə 3400-dək əməkdaş çalışır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 07 İyul 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















