ABŞ ın qapıları onların üzünə birdəfəlik bağlandı KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
ABŞ sığınacaq istəyən şəxslərin qəbulunu tamamilə dayandıracaq.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin administrasiya rəhbərinin müavini Stiven Miller jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ Ali Məhkəməsinin immiqrasiya ilə bağlı son qərarlarından sonra ölkənin sığınacaq sistemi faktiki olaraq bağlanacaq.
“ABŞ-ın qapıları sığınacaq axtaranlar üçün tamamilə bağlıdır. Əgər kimsə sığınacaq üçün müraciət edərsə, onu başqa bir ölkə yönəldəcəyik”, – deyə Miller deyib.
O qeyd edib ki, bu qərarlar Prezident Donald Tramp administrasiyasının immiqrasiya siyasətinin həyata keçirilməsi istiqamətində mühüm addımdır.
Ali Məhkəmənin qəbul etdiyi qərarlardan birinə əsasən, administrasiya Haitidən olan təxminən 350 min nəfərin və Suriyadan olan 6 mindən çox şəxsin müvəqqəti humanitar müdafiə statusunu ləğv edə biləcək. Həmin şəxslərin əksəriyyəti uzun illərdir ABŞ-də yaşayır və işləyir.
Digər qərar isə ABŞ-Meksika sərhədində əvvəllər tətbiq olunan immiqrasiya siyasətinin yenidən qüvvəyə minməsinə imkan yaradır. Bu mexanizm sərhəd xidmətinə gün ərzində sığınacaq üçün qəbul ediləcək müraciətlərin sayını məhdudlaşdırmaq səlahiyyəti verir.
Beləliklə, Ali Məhkəmənin qərarları Tramp administrasiyasına sığınacaq sistemini sərtləşdirmək və müharibə və təbii fəlakətlərdən zərər çəkmiş ölkələrdən gələn miqrantların müdafiə statusunu yenidən nəzərdən keçirmək imkanı yaradır.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 26 İyun 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















