Icma.az
close
up
RU
ABŞ ın Rumıniyada kritik minerallara marağı artır

ABŞ ın Rumıniyada kritik minerallara marağı artır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Buxarest, 12 fevral, AZƏRTAC

Rumıniyanın nüfuzlu "Calea Europeana" nəşrində tanınmış politoloq və təhlükəsizlik məsələləri üzrə analitik Yulian Kifu tərəfindən dərc olunmuş məqalədə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Çin arasında dərinləşən geosiyasi və geoiqtisadi rəqabət fonunda Rumıniyanın kritik minerallar sahəsində artan strateji əhəmiyyəti geniş şəkildə təhlil edilir.

AZƏRTAC-ın xəbərinə görə, müəllif vurğulayır ki, Vaşinqtonun Rumıniyaya yönələn marağı təsadüfi deyil və bu proses qlobal miqyasda kritik xammallar üzərində nəzarət uğrunda gedən mübarizənin tərkib hissəsidir.

Məqalədə qeyd olunur ki, son illərdə kritik minerallar, xüsusilə qrafit, litium, kobalt, nikel və nadir torpaq elementləri enerji keçidi, elektromobil sənayesi, müdafiə texnologiyaları və yüksək texnologiyalı istehsal üçün əsas resurslara çevrilib. Hazırda bu xammalların hasilatı və emalı üzrə qlobal bazarlarda yüksək səviyyədə konsentrasiya müşahidə olunur ki, bu da Qərb ölkələri üçün ciddi strateji risklər yaradır. Yulian Kifuya görə, Çin bu sahədə uzun müddətdir formalaşdırdığı üstün mövqedən geosiyasi təsir aləti kimi istifadə edir və ABŞ bu asılılığı azaltmaq üçün alternativ mənbələr axtarır.

Analitik yazır ki, məhz bu kontekstdə Rumıniya Avropa İttifaqının daxilində etibarlı və perspektivli tərəfdaş kimi ön plana çıxır. Ölkənin geoloji potensialı, kommunist dövründən qalan mədən infrastrukturu və Avropa bazarlarına yaxınlığı onu ABŞ üçün strateji cəhətdən cəlbedici edir. Müəllif bildirir ki, Rumıniyada kritik minerallar üzrə mümkün ikitərəfli razılaşmalar təkcə iqtisadi əməkdaşlıq deyil, həm də geosiyasi balansın yenidən qurulması baxımından əhəmiyyət daşıyır.

Məqalədə vurğulanır ki, ABŞ-ın Rumıniyada kritik minerallara marağı Avropa İttifaqının ümumi xammal strategiyası ilə də uzlaşır. Avropa struktur və institutları idxaldan asılılığın azaldılması, tədarük zəncirlərinin şaxələndirilməsi və strateji muxtariyyətin gücləndirilməsini prioritet məqsəd kimi müəyyən edib. Bu baxımdan, Rumıniya təkcə milli səviyyədə deyil, həm də Avropa miqyasında mühüm rol oynaya bilər.

Yulian Kifu qeyd edir ki, kritik minerallar ətrafında formalaşan bu yeni dinamika Rumıniya üçün həm imkanlar, həm də məsuliyyətlər yaradır. Bir tərəfdən, xarici investisiyaların cəlb olunması, sənaye zəncirlərinin bərpası və yeni texnologiyaların ölkəyə daxil olması mümkün görünür. Digər tərəfdən isə resursların idarəolunması, ekoloji təhlükəsizlik və milli maraqların qorunması məsələləri strateji baxımdan diqqətlə tənzimlənməlidir.

Müəllifin fikrincə, ABŞ–Çin rəqabətinin Rumıniya üzərindən keçən bu mərhələsi ölkəni geosiyasi xəritədə daha görünən aktora çevirir. Kritik minerallar artıq yalnız iqtisadi resurs deyil, həm də siyasi təsir və strateji manevr alətinə çevrilib. Bu prosesdə Rumıniyanın düzgün balanslaşdırılmış siyasət yürütməsi onun həm Avropa İttifaqı daxilində mövqelərini möhkəmləndirə, həm də qlobal güclər arasında etibarlı tərəfdaş kimi çıxış etməsinə imkan yarada bilər.

Məqalədə vurğulanır ki, ABŞ-ın Rumıniyada kritik minerallara artan marağı təkcə ikitərəfli iqtisadi əməkdaşlıq məsələsi deyil, eyni zamanda, Çinə qarşı qlobal strateji gedişin mühüm elementidir və bu gediş Avropanın geosiyasi gələcəyində də mühüm rol oynaya bilər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Fevral 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri