Bu dövlət rüsumu 30 manat OLACAQ
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Baytarlıq pasportunun verilməsinə görə ödənilən dövlət rüsumu 30 manat olur.
Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyən edilib.
Nazirlər Kabinetinin 09.03.2011-ci il tarixli 38 nömrəli qərarı ilə təsbit edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na uyğun olaraq, ev heyvanlarının xarici ölkəyə aparılması müvafiq pasportun tərtib olunması ilə həyata keçirilir.
Bununla əlaqədar 2024-cü ildə 2073, 2025-ci ildə isə 2114 müraciət üzrə baytarlıq pasportu təqdim olunub.
Qeyd olunan illər ərzində edilən müraciət sayının, pasportun verilməsi üçün sərf olunan maliyyə resurslarının və digər xərclərin artması səbəbindən baytarlıq pasportunun verilməsi üçün dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması təklif olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Baxış sayı:104
Bu xəbər 18 Noyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















