Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

ABŞ ın yeni strategiyası:Avropasız dünya nizamı

ABŞ ın yeni strategiyası:Avropasız dünya nizamı

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın son Milli Təhlükəsizlik Strategiyası sadəcə növbəti bürokratik sənəd deyil. Bu sənəd, əslində, Vaşinqtonun dünyaya ünvanladığı açıq mesajdır: Amerika qlobal liderlik modelini dəyişir və Avropanı bu modelin mərkəzindən çıxarır. Uzun illər “kollektiv Qərb”, “transatlantik həmrəylik”, “ortaq dəyərlər” kimi anlayışlarla möhkəmləndirilən siyasi konstruksiya bu strategiya ilə faktiki olaraq ləğv edilir.

Söhbət rəsmi adı “United States National Security Strategy” olan sənəddən gedir. ABŞ-da hər administrasiya bu strategiyanı hazırlayaraq Konqresə təqdim edir və ölkənin təhlükəsizlik, xarici siyasət və müttəfiqlərlə münasibətlərinin əsas konturlarını müəyyənləşdirir. Lakin bu dəfəki sənəd əvvəlkilərdən kəskin şəkildə fərqlənir. O, texniki plan yox, ideoloji manifest təsiri bağışlayır və liberal beynəlxalq nizamın sonuna işarə edir.

Sənədin əsas ideoloji müəllifi kimi Michael Anton göstərilir. O, Donald Trampın birinci prezidentlik dövründə də əsas ideoloqlardan biri olub, 2024-cü ilin yayına qədər ABŞ Dövlət Departamentinin Xarici Siyasət Planlaşdırma Departamentinə rəhbərlik edib. Avqust ayında administrasiya ilə fikir ayrılığı səbəbindən vəzifədən getsə də, strategiya məhz onun baxışları əsasında formalaşdırılıb. Bu, vacib detaldır, çünki sənəd trampçı düşüncənin institusional formaya salınmış variantıdır.

Strategiyanın fəlsəfəsi sadə, lakin dağıdıcıdır: prinsiplər dövrü bitib, maraqlar dövrü başlayıb. ABŞ artıq liberal universalizmi, demokratiya ixracını və qlobal qaydaları prioritet hesab etmir. Əsas meyar milli maraqdır. Harada fayda varsa, orada əməkdaşlıq mümkündür; harada risk varsa, oradan geri çəkilmək lazımdır. Bu yanaşma ABŞ-ın Vudro Vilsondan bəri davam edən ideoloji xəttindən imtina deməkdir və daha çox XIX əsrin sonu - XX əsrin əvvəlinin güc siyasətinə qayıdışı xatırladır.

Bu kontekstdə Avropa strategiyanın ən zəif həlqəsi kimi təqdim olunur. Avropa İttifaqı sənəddə effektiv tərəfdaş yox, qərar qəbul edə bilməyən, öz təhlükəsizliyini təmin etməyə qadir olmayan bürokratik struktur kimi təsvir edilir. ABŞ açıq şəkildə bildirir ki, Avropanın müdafiəsini avtomatik şəkildə üzərinə götürmək niyyətində deyil.

NATO-nun genişlənməsi faktiki olaraq dondurulur və Avropa ölkələrinə mesaj verilir: ya özünüzü qoruyun, ya da ABŞ-ın Çinlə mübarizəsində alət rolunu qəbul edin. Bu, Avropa üçün tarixi dönüş nöqtəsidir, çünki Avropa uzun illər öz təhlükəsizlik arxitekturasını ABŞ-a həvalə edib, siyasi suverenliyini isə konsensus mexanizmləri ilə zəiflədib. İndi isə Vaşinqton bu yükü daşımaq istəmir. ABŞ-ın yeni strategiyası Avropaya açıq şəkildə bildirir: “Siz artıq prioritet deyilsiniz.”

Sənədin ən diqqətçəkən və Avropa üçün ən narahatedici hissəsi Rusiyaya münasibətlə bağlıdır. Rusiya burada nə əsas düşmən, nə də “qlobal şər oxu”nun üzvü kimi təqdim olunur. Əksinə, “strateji sabitlik” anlayışı ön plana çəkilir. ABŞ Rusiya ilə düşmənçilik yox, nəzarətli münasibətlər qurmağın zəruriliyini vurğulayır. Hətta Avropada təhlükəsizliyin təmin olunması üçün Rusiya ilə dialoqun vacibliyinə işarə edilir. Bu isə o deməkdir ki, Ukrayna münaqişəsindən sonrakı mərhələdə əsas sövdələşmələr Avropa paytaxtlarında yox, Vaşinqton və Moskva arasında aparıla bilər. Avropa bu prosesdə subyekt yox, obyekt statusunda qala bilər. ABŞ faktiki olaraq Avropanı Rusiyayla barışdırmaq missiyasını öz üzərinə götürməyə hazır olduğunu göstərir, lakin bu barışığın şərtlərini də özü müəyyən etmək istəyir.

Strategiyanın başqa mühüm xətti Monro doktrinasının yenilənmiş formasıdır. ABŞ üçün əsas prioritet Qərb Yarımkürəsi elan olunur. Bu, Amerikanın öz coğrafiyasına qayıtması, uzun və riskli qlobal öhdəliklərdən imtina etməsi deməkdir. Pandemiya dövründə tədarük zəncirlərinin dağılması Vaşinqtona göstərdi ki, uzaq regionlara həddindən artıq bağlılıq təhlükəlidir. Buna görə ABŞ istehsalı, resursları və təhlükəsizliyi öz ətrafında cəmləmək niyyətindədir. Bu yanaşma beynəlxalq münasibətlərdə sferalar dövrünün qayıtdığını göstərir. Rəsmi olaraq bu termin açıq elan olunmur, lakin sənədin ruhu məhz bunu diktə edir. ABŞ öz yarımkürəsini qoruyur, Çin Asiya-Sakit okean regionunda təsirini artırır, Rusiya isə Avrasiya məkanında təhlükəsizlik məsələlərinə xüsusi həssaslıq göstərir. Universal qaydalar yerini güc balansına verir.  Nəticədə “kollektiv Qərb” anlayışı faktiki olaraq mənasını itirir. Bu anlayış XX əsrin ikinci yarısında yaranmış süni konstruksiya idi və onu yaradan tarixi şərait artıq mövcud deyil. Amerika özünə qayıdır, Avropa isə nə edəcəyini bilmir. Avropa İttifaqının daxili parçalanması, milli dövlətlərin ön plana çıxması və transatlantik birliyin zəifləməsi artıq ehtimal yox, prosesdir.

ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası hələ tam icra olunan siyasət deyil, niyyətlərin bəyanıdır. Lakin beynəlxalq siyasətdə bəzən niyyətin özü belə kifayət edir ki, köhnə sistem sarsılsın. Avropa artıq əvvəlki kimi ABŞ-ın arxasında gizlənə bilməyəcək. Dünya isə prinsip yox, güc üzərində qurulan yeni mərhələyə qədəm qoyur. Amerika bunu elan edəndən sonra istər-istəməz nəzərlər Avropaya çevrilir: bu dünyada o, kim, yaxud nə olacaq?

Avropa uzun illər Türkiyəni, Azərbaycanı bəyənmirdi. Daha doğrusu, bəyənməmək də yox, bizi bilərəkdən görməzliyə vururdu. Sanki bu iki dövlət Avropanın siyasi xəritəsində mövcud deyildi. Türkiyə “çox böyük, çox müstəqil, çox iddialı” idi, Azərbaycan isə “çox prinsipial, çox qürurlu, çox ötkəm”. Avropa üçün bu cür tərəfdaşlarla işləmək rahat deyil. Rahat olanlar zəif olanlardır.

Prezident İlham Əliyevin məşhur ifadəsi var: “Nə oldu, Paşinyan?”

Bu sual təkcə bir siyasətçiyə yox, bütöv bir siyasi məktəbə ünvanlanmışdı. İndi isə eyni ritorikanı bir qədər genişləndirib soruşmaq olar: “Necəsən, Makron?” Çünki vəziyyət dəyişib. Özünü dünyanın mərkəzi hesab etdiyi dövran Avropanın əlindən çıxır. ABŞ Avropanı strateji yük kimi görməyə başlayıb. NATO artıq avtomatik mexanizm deyil. Avropa İttifaqı isə böhranları idarə edən yox, böhranlar tərəfindən idarə olunan struktura çevrilib. Bu fonda Fransa kimi ölkələrin iddialı ritorikası artıq tragikomik təsir bağışlayır.

Fransa uzun müddət Ermənistan üzərindən Cənubi Qafqazda “mən buradayam” görüntüsü yaratmağa çalışdı. Ermənistan da bu oyunu həvəslə oynadı. Kim Kardaşyan siyasəti - yəni daim kiməsə sığınmaq, emosional çağırışlar etmək, dramatik jestlərlə diqqət çəkmək - İrəvanda sürətlə mənimsəndi. Parisdə də bu modelə simpatiya böyükdür. Amma problem ondadır ki, bu siyasət real güc yaratmır, sadəcə görüntü yaradır.

ABŞ geri çəkilir. Avropa parçalanmaq təhlükəsi ilə qarşılaşa bilər. Fransa Afrikadan sıxışdırılıb çıxarılır. Almaniya liderlik böhranındadır. İngiltərə Avropadan “Brexit”lə çıxanda bunu romantik suverenlik şüarları naminə etmədi, London çox sadə, çox soyuq, çox da praqmatik hesab apardı: öz varidatını işləmək istəməyən, əl açıb kömək dilənən ölkələrə yedirtmək istəmədi. Britaniyalılar başa düşdülər ki, Avropa İttifaqı artıq istehsal edənlərin yox, xərcləyənlərin klubuna çevrilib. Yunanıstan nümunəsi hər şeyi izah edirdi: borc, borc, yenə borc, adı da “Avropa həmrəyliyi”. “Brexit”in fəlsəfəsi bir cümləyə sığırdı: “Hərə öz qayğısına qalsın. Bu, Avropanın xoşuna gəlmədi, çünki Avropa uzun illər başqalarının hesabına mənəvi üstünlük nümayiş etdirməyə öyrəşmişdi. Demokratiya dərsləri verirdi, korrupsiya indeksləri qondarırdı, kimə necə yaşamağı izah edirdi. Amma problem ondadır ki, başqalarına barmaqla yol göstərənlərin özlərinin əlləri çirk içindəydi.

Avropa Parlamentinin vitse-prezidenti olmuş Eva Kaili Qətərdən rüşvət alma ittihamı ilə həbs edildi. Çantalarla nağd pul, “dəyərlər Avropası”, insan haqları və pulla dolu seyflər. Bu qalmaqal yeni tarixə “Qatargate” kimi düşdü. Onunla birlikdə Avropa Parlamentinin keçmiş deputatı Antonio Panzeri də ifşa olundu - illərlə lobbiçilik adı altında rüşvət şəbəkəsi qurduğu üzə çıxdı. Belçikanın ədliyyə naziri olmuş, Avropa Komissarlığında yüksək vəzifə tutmuş Didier Reynders maliyyə maxinasiyaları və çirkli pulların yuyulması ilə bağlı istintaqa cəlb edildi. Yəni Avropada qanunun aliliyindən danışan adamın özü hüquq-mühafizə orqanlarının hədəfinə çevrildi.

Fransaya baxaq - demokratiya mühazirələrinin daimi müəllifi olan ölkəyə. Bu ölkənin sabiq prezidenti Nikola Sarkozi korrupsiya və nüfuz alverinə görə məhkum olundu. Ondan əvvəl baş nazir olmuş Fransua Fillon dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı ilə məhkəmə qarşısına çıxarıldı. Daha əvvəllər Avropanın “ağsaqqalı” kimi təqdim edilən Kristian Laqard dövlət vəsaitlərinin israfına görə günahkar bilinmişdi. Siyahı uzundur, sadəcə, adlar dəyişir. Yəni Avropa başqalarına korrupsiya ilə mübarizə dərsi keçə-keçə öz bataqlığında çapalayan sistemə çevrilib.

İndi bu Avropa Türkiyə və Azərbaycana “dəyərlərdən”, “institusional idarəetmədən”, “şəffaflıqdan” danışmağa çalışır. Amma artıq o köhnə tribunalar yoxdur, artıq kimsə bu nitqləri ciddi qəbul etmir. Çünki vaxtilə aləmə güzgü tutanların güzgüsü öz əlində sındı. İroniyanın zirvəsi buradadır: Türkiyə və Azərbaycanı uzun illər kənarda saxlayan Avropa dünya dəyişməyə başlayandan, ABŞ geri çəkiləndən, köhnə himayəçilər səhnəni tərk edəndən yeni dayaqlar axtarmağa başlayıb. Ola bilsin, dayaq duran yenə Türkiyə və Azərbaycan olacaq. Amma artıq şərtlər dəyişib, artıq kim kimə dərs verəcək məsələsi yoxdur, indi münasibətlər şaquli yox, üfüqi şəkildə qurulacaq. Avropa bunu qəbul etməsə də, reallıq budur: demokratiya təbliğatla yox, məsuliyyətlə olur, əxlaq tribunadan yox, davranışdan oxunur. Korrupsiya haqqında danışmaq üçün əvvəlcə öz cibini yoxlamalısan. Britaniya bunu anladı və çıxdı. Qalanlar isə hələ də bir-birinə baxıb soruşur: kimdir günahkar? Cavab sadədir: hər kəs payına düşən qədər günahkardır.

Türkiyə və Azərbaycanı kənarda saxlamaqla Avropa güclənmədi, əksinə, özünü zəiflətdi. İndi isə yeni dünya nizamında yer tapmaq üçün qapıları döyməli olacaq. Türkiyə bu gün regional gücdür, NATO-nun ikinci hərbi qüdrətinə sahib siyasi subyektdir, Qara dənizdən Yaxın Şərqə qədər təsir imkanına malikdir. Azərbaycan da Avropanın özünə himayədar axtaran ölkələrindən birini və Ermənistanı himayəyə götürə bilər. Ölkəmiz bu gün enerji təhlükəsizliyində açar dövlətdir, Cənubi Qafqazın faktiki lideridir, öz suverenliyini döyüş meydanında və diplomatiyada təsdiqləmiş aktordur.

Tarixin üzü soyuq, hökmü qəddardır: avropalılar vaxtilə masaya dəvət etmədiklərini indi masalarının başında oturtmağa məcbur qalıblar. Dünən dərs keçmək istəyirdilər, bu gün dialoq axtarırlar. Dünən ultimatum dilində danışırdılar, bu gün “regional əməkdaşlıq” termininə sığınıblar. Dünən görmədiklərini bu gün soraqlamağa başlayıblar. COP-29 tədbirini boykot üçün başqa ölkə liderlərinə zəng vuranlar bundan sonra Azərbaycanın bir işarəsiylə Bakıya qaça-qaça gələcəklər. Amma bu dəfə oyun qaydalarını başqaları yazacaq...

Kəramət QƏNBƏROV,

Beynəlxalq hüquq üzrə ekspert

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Dekabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri