Azərbaycan kinosu Almaniyada Rejissorun 10 illik arzusu gerçəkləşdi
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanlı rejissor Kamran Səfərəlinin “20” adlı qısametrajlı filminin Almaniyanın Hamburq şəhərində qapalı təqdimatı keçirilib.
“Yeni Sabah” xəbər verir ki, Hamburqun nüfuzlu kinoteatrlarından birində keçirilən qapalı film nümayişində yerli kino mütəxəssisləri, eləcə də çəkiliş heyətinin ailə üzvləri xüsusi dəvətlə iştirak ediblər. Psixoloji triller janrlnda olan 25 dəqiqəlik qısa film Azərbaycan, Almaniya və başqa bir sıra ölkələrin mütəxəssislərini bir araya gətirib.
Baş rollarını alman aktyorlar Daniel Bessel və Niklas Leifertin canlandırdığı filmin quruluşçu rəssamı dizayner Sevil Səfərəli, musiqi tərtibatçısı isə musiqiçi Rasim Səfərdir. İnternetdən sifariş
İngilis dilində çəkilmiş filmdə məşhur Azərbaycan musiqilərinin fərqli aranjemanlarından istifadə olunması ölkəmizin milli-mənəvi dəyərlərinin, milli kimliyimizin təbliğinə yönəlib.
Filmin tarixçəsindən danışan rejissor Kamran Səfərəli ekran işinin ideyasının təxminən 10 il əvvəl dostu Sadiq Fərzəlibəy ilə birlikdə yazdıqlarını bildirib:
"Yaradıcı insanlar, adətən, beyinlərindəki ideyanı reallaşdırmadan rahatlıq tapa bilmirlər. Düşünürəm ki, mənim üçün də belə oldu, hətta bir qədər fərqli şəkildə. Təxminən 10 il əvvəl Bakıda kolleqamla birlikdə kağız üzərində təməli qoyulan ideya bu gün Almaniyaya qədər uzandı və filmə çevrildi. Ümid edirəm ki, bu layihədə alman mütəxəssislərlə qurduğumuz əməkdaşlıq iki ölkə arasında mövcud olan mədəni əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək".
Qeyd edək ki, film beynəlxalq festivallarda ölkəmizi təmsil edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 Noyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















