Icma.az
close
up
RU
ABŞ İran əleyhinə sanksiyaları sərtləşdirir

ABŞ İran əleyhinə sanksiyaları sərtləşdirir

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Xaqani CƏFƏRLİ

Son iki həftə ərzində ABŞ Maliyyə Nazirliyi İranın neft sektoruna, o cümlədən onun "kölgə donanması" ilə əlaqəli şirkətlərə və gəmilərə qarşı iki dəfə sanksiyalar tətbiq edib. Birinci dəfə fevral ayının 25-də Birləşmiş Ştatlar neft ticarətində İrana yardım etdiyinə görə bir neçə ölkədən 30 nəfərə və bir neçə gəmiyə qarşı sanksiyalar tətbiq etmişdi. Həmin sanksiyalar Birləşmiş Ərəb Əmirliyi və Honq-Konqdan olan brokerləri, Hindistan və Çindən olan tanker operatorlarını və menecerlərini, İran Milli Neft Şirkəti və İran Neft Terminalları şirkətinin rəhbərini hədəf almışdı. ABŞ Maliyyə Nazirliyinin açıqlamasında qeyd edilirdi ki, sanksiya siyahısına daxil edilən neft tankerləri yüz milyonlarla dollar dəyərində neft daşıyır. Maliyyə naziri Skott Bessent isə sanksiyaları şərh edərkən İranın neft ticarəti zəncirinin hər bir hissəsinə çatmaq üçün əllərində olan hər vasitədən istifadə edəcəklərini bəyan etmişdi.

Martın 13-də Vaşinqton yenidən İranın neft sektorunu hədəf alan sanksiyalar tətbiq edib. Bu dəfə sanksiyaya İranın neft naziri Möhsün Paknejadı da məruz qalıb. Eyni zamanda sanksiya siyahısına İranın "kölgə donanması" gəmiləri ilə əlaqəli olan Çin və Hindistan da daxil olmaqla müxtəlif ölkələrə aid bir neçə qurum da daxildir. ABŞ Dövlət Departamenti isə İran nefti ilə əlaqəsi üç qurumu qara siyahıya salıb. Son sanksiya ilə bağlı ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir ki, bu qadağalar İranın neft ixracını sıfıra endirməyə kömək edir. Belə görünür ki, Vaşinqton İran İqtisadiyatının mövcudluğunu təmin edən neft sektorunu tamamilə çökdürməyə çalışır. Məqsəd isə İranı nüvə proqramından imtinaya sövq etməkdir. Digər tərəfdən prezident Donald Tramp İranın Ali Rəhbəri Seyid Əli Xameneiyə məktub göndərərək Tehranı nüvə proqramı ilə bağlı danışıqlara çağırıb. Lakin Trampın məktubunun ünvanına çatıb-çatmadığı bəlli deyil. Çünki İran tərəfindən bununla bağlı dəqiq mövqe ifadə olunmur. ABŞ Prezidenti Donald Trampın İranın Ali Rəhbəri Seyid Əli Xameneiyə məktub göndərməsi ilə bağlı məlumatın yayılmasından iki həftədən artıq vaxt keçir. Bu müddətdə diplomatik məktubun ünvanına çatdırılmaması mümkün deyil. Ancaq İran tərəfi elə ifadələrdən istifadə edir ki, məktubla bağlı məsələnin nə yerdə olduğu aydın olmur. İranın Ali Rəhbərinə məktub göndərən Tramp Rusiya prezidentdən Tehranla danışıqlarda vasitəçi olmasını istəyib. Rusiya tərəfi də bu məlumatı təsdiq edib və prezident Vladimir Putinin vasitəçiliyə razı olduğunu açıqlayıb. Ancaq İran hansısa məqsədlərlə vaxtı uzatmağa çalışır. Bütün bunlar isə Trampın səbrini daşırmağa başlayıb. Buna görə də sanksiyaların sərtləşdirilməsi ilə İranın "boğulması" prosesinə start verilib. Əgər bu da nəticə verməsə, İrana qarşı hərbi əməliyyatlar qaçınılmaz olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Mart 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri