“ABŞ İran qarşıdurması: qərar günləri yaxınlaşır, Tehran isə sistemini yenidən qurur“ İsrail mətbuatı
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qərar masası Vaşinqtondadır, region isə ən riskli mərhələyə daxil olur..."
Son günlər Yaxın Şərqdə gərginlik yenidən kritik mərhələyə daxil olub. Vaşinqtonun İrana mümkün hərbi zərbəsi hələ də gündəmdədir və qərar yaxın günlərdə verilə bilər.
Moderator.az xəbər verir ki, bu barədə İsrailin 11-ci və 12-ci televiziya kanalları, eləcə də "Yediot axronot" nəşri məlumat yayıb.
Vaşinqton qərar astanasında
Məlumata görə, ABŞ Yaxın Şərqə təcili şəkildə əlavə hərbi qüvvələr yerləşdirir. Hava və dəniz qruplaşmasının 5-6 gün ərzində tam formalaşacağı bildirilir.
Regiona "USS Abraham Lincoln" aviadaşıyıcısı, B-2 bombardmançıları, yanacaq dolduran təyyarələr və əlavə "Patriot" HHM batareyaları göndərilir.
İsrail tərəfi hesab edir ki, bu hazırlıq Vaşinqtona istənilən an genişmiqyaslı əməliyyata başlamaq imkanı yaradır. Bu fonda İsrail ordusu da yüksək döyüş hazırlığı rejimini saxlayır və zərbə potensialını artırır.
Zərbə niyə təxirə salındı?
ABŞ-ın İrana hücuma çox yaxın olduğu, lakin son anda qərarın dəyişdiyi bildirilir. Donald Tramp administrasiyasındakı mənbələrə görə, yanvarın 14-ü gərginliyin pik nöqtəsi olub, lakin əməliyyat əmri verilməyib.
Qərarın dəyişməsinə İsrailin baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla aparılan danışıqlar təsir göstərib. Paralel olaraq Tehrandan gələn və edam hökmlərinin dayandırılması ilə bağlı siqnal da nəzərə alınıb. Pentaqon daxilində isə bu fasilənin imtina deyil, hazırlığın davamı olduğu bildirilir.
Tehran dərs çıxarır və sistemi sərtləşdirir
Bu proseslər fonunda İran təhlükəsizlik sistemini yenidən qurmağa başlayıb. Türkiyənin GZT analitik platformasının yazdığına görə, 2025-ci ilin iyununda baş vermiş "12 günlük müharibə" Tehranın kəşfiyyat sahəsində ciddi boşluqlarını üzə çıxarıb.
Bundan sonra İran hakimiyyəti SAMA adlı yeni, mərkəzləşdirilmiş kəşfiyyat strukturunun yaradılmasına qərar verib. Məqsəd ideoloji sədaqətdən çox peşəkarlığa və nəticəyə üstünlük verməkdir.
Beləliklə, regionda eyni vaxtda iki paralel proses gedir: Vaşinqton mümkün hərbi qərar üçün son mərhələyə yaxınlaşır, Tehran isə daha sərt və mərkəzləşmiş təhlükəsizlik modeli formalaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 19 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















