Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

ABŞ İran qarşıdurması Üçüncü Dünya Müharibəsinə çevrilə bilər KONKRET

ABŞ İran qarşıdurması Üçüncü Dünya Müharibəsinə çevrilə bilər KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

ABŞ və İran arasında son günlər yenidən artan hərbi-siyasi gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Yaxın Şərqdə qarşılıqlı zərbələr, sərt bəyanatlar və mümkün hərbi əməliyyatlarla bağlı xəbərlər fonunda regionda vəziyyətin daha da mürəkkəbləşəcəyi ilə bağlı narahatlıqlar artır.

Bəs ABŞ-İran qarşıdurması üçüncü dünya müharibəsinə çevrilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, ABŞ və İran arasında 40 günlük müharibədən sonra 8 aprel tarixində atəşkəs əldə olunub və həmin dövrdə diplomatik təmaslar davam edib.

Onun sözlərinə görə, tərəflər müəyyən ortaq məqamlar üzərində anlaşmağa yaxınlaşsalar da, son günlər bölgədə baş verən hadisələr gərginliyi yenidən artırıb:

“Xüsusilə Livan istiqamətində İsrailin fəallaşması, İranın İsraili raket atəşinə tutması, İsrailin buna cavab verməsi, ABŞ helikopterinin vurulması və Vaşinqtonun İrana qarşı cavab zərbələri endirməsi fonunda vəziyyət yenidən mürəkkəbləşib. ABŞ Prezidenti Donald Tramp əvvəlcə İrana qarşı genişmiqyaslı hücumların mümkünlüyü barədə açıqlamalar versə də, daha sonra belə əməliyyatların təxirə salındığını bildirdi.

Onun sözlərinə görə, Tehranla razılaşma əldə olunmasına çox az qalıb və yaxın həftələrdə anlaşma imzalana bilər. Lakin İran tərəfi bu açıqlamaların həqiqəti əks etdirmədiyini bəyan edib. Bu səbəbdən də reallığın hansı tərəfdə olduğunu söyləmək çətindir”.

Siyasi şərhçi hesab edir ki, ABŞ-İran qarşıdurması təkbaşına üçüncü dünya müharibəsinə səbəb olacaq səviyyədə deyil:

“Mən düşünmürəm ki, ABŞ və İran arasındakı gərginlik üçüncü dünya müharibəsinə gətirib çıxarsın. Doğrudur, dünyada ümumi gərginlik artır, böyük güclər arasında rəqabət daha da güclənir. Lakin İran bu prosesdə əsas oyunçu deyil. Əgər bu qarşıdurmaya Çin kimi böyük dövlətlər açıq şəkildə qoşularsa, o zaman daha genişmiqyaslı müharibə ssenarilərindən danışmaq olar”.

Ekspertin fikrincə, hazırda beynəlxalq ictimaiyyətin əsas diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlib:

“Qərb ölkələri Ukraynanın özünü müdafiə etməsinə dəstək verməyə çalışırlar. ABŞ administrasiyası da İran məsələsinin nəzarətdən çıxmasını istəməz. Əgər Vaşinqton Tehrana təzyiq göstərmək qərarına gəlsə, bu daha çox İranın mülki infrastrukturu, kommunikasiya sistemləri, elektrik stansiyaları və enerji obyektlərinə qarşı zərbələr şəklində olacaq”.

Oqtay Qasımov vurğulayıb ki, mümkün qarşıdurma daha çox regional xarakter daşıya bilər:

“İran təbii ki, belə hücumlara cavab verməyə çalışacaq. Amma hesab edirəm ki, bu, regional müharibə səviyyəsində qalacaq. Bununla belə, Yaxın Şərqdə baş verəcək genişmiqyaslı hərbi toqquşma dünya iqtisadiyyatına, xüsusilə enerji bazarlarına ciddi mənfi təsir göstərə bilər. Düşünürəm ki, hazırkı mərhələdə tərəflər idarə olunan gərginlik çərçivəsindən kənara çıxmayacaqlar”.

Politoloqun qənaətinə görə, bölgədə risklər yüksək olaraq qalsa da, mövcud geosiyasi reallıq ABŞ-İran qarşıdurmasının qlobal müharibəyə çevrilməsindən daha çox regional münaqişə səviyyəsində qalacağını göstərir.

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 İyun 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri