Icma.az
close
up
RU
ABŞ İran savaşı: Minlərlə insan niyə öldü?

ABŞ İran savaşı: Minlərlə insan niyə öldü?

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian tərəfindən imzalanan memorandumdan sonra müharibənin məqsədi yenidən müzakirə mövzusuna çevrilib.

Bakupost.az-ın məlumatına görə, bu barədə BBC-də yayımlanan məqalədə bildirilir ki, münaqişə nəticəsində minlərlə insan həyatını itirib, lakin İran hakimiyyəti gözlənildiyi kimi zəifləməyib, əksinə mövqeyini qoruyub. Razılaşmaya əsasən, ABŞ İran limanlarına tətbiq olunan məhdudiyyətlərin bir hissəsini aradan qaldıracaq, neft ixracına imkan verəcək və dondurulmuş vəsaitlərin qaytarılması prosesinə başlayacaq. Bunun müqabilində Hörmüz boğazı yenidən beynəlxalq gəmiçilik üçün açılacaq.

Məqalədə vurğulanır ki, müharibə başlamazdan əvvəl də boğaz açıq idi və tərəflər nüvə proqramı üzrə danışıqlar aparırdı. Buna görə də bir çox ekspertlər “nəticə yenə danışıqlardırsa, müharibə niyə başladı” sualını səsləndirirlər. Keçmiş ABŞ dövlət katibi Entoni Blinken də atəşkəsin əsas nəticəsinin Hörmüz boğazının yenidən açılması olduğunu bildirib. Yazıda həmçinin qeyd olunur ki, bu proses Binyamin Netanyahu üçün siyasi risklər yarada bilər. Müəllifin fikrincə, İsrail və ABŞ hərbi baxımdan müəyyən uğurlar qazansa da, strateji məqsədlərinə tam nail ola bilməyib. Məqalənin yekununda bildirilir ki, memorandum hələ yekun sülh sazişi deyil. Qarşıdakı 60 günlük danışıqlarda İranın nüvə proqramı əsas müzakirə mövzusu olacaq. Tərəflər razılığa gələ bilsələr, Yaxın Şərqdə yeni siyasi mərhələ başlaya bilər. Lakin bunun baş verib-verməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Röya Rizvanzadə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 İyun 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri