ABŞ İrana qarşı ildırımsürətli müharibə planı həyata keçirəcək Tarix açıqlandı
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı “blitzkriq” üslubunda (“ildırımsürətli müharibə”, -red) hərbi hücumlara hazırlaşır. Bu, müxtəlif proqnozlara əsasən bu həftə ərzində baş verəcək”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.
Ekspert, həmçinin, Cefri Epşteyn qalmaqalında ABŞ Prezidenti Donald Trampın da adının hallanması ilə bağlı iddialara münasibət bildirib:
“Prezident Trampın Epşteyn dosyelərinə görə həbs olunması mümkün deyil. Onun reytinqi getdikcə yüksəlir və həbs olunmalı şəxs varsa, o da Hillari Klinton və onun neoliberal dostları və demək olar ki, iyirmi ildir Amerika Birləşmiş Ştatlarının sosial strukturunu və milli iqtisadiyyatını məhv edən “elitizm” hərəkatının liderləridir. Teodor Ruzveltdən sonra Prezident Donald Tramp son 115 ildə yüksək ictimai siyasi performans və nəticələrə malik ən populyar dövlət başçısıdır”.
Piter Teys
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı 3 milyon səhifədən çox material yayımlayıb. Faylda maliyyəçinin cihazlarında tapılan “böyük həcmdə kommersiya pornoqrafiyası” da daxil olmaqla 2000-dən çox video və 180.000 şəkil var.
Xatırladaq ki, Epşteyn 2019-cu ildə azyaşlı qızların cinsi istismarı ilə bağlı saxlanılmış, bir neçə ay sonra isə Nyu-York həbsxanasında intihar etmişdi.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 02 Fevral 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















