Icma.az
close
up
RU
ABŞ İranda 2000 hədəfi vurdu Pentaqondan yeni DETALLAR

ABŞ İranda 2000 hədəfi vurdu Pentaqondan yeni DETALLAR

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ CENTCOM rəhbəri İrana qarşı əməliyyatlarda iştirak edən qüvvələrin sayını açıqlayıb.

Redaktor.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper 3 mart tarixində video müraciətində İrana qarşı hərbi əməliyyatlarda 50 mindən çox əsgərin, 200 qırıcı təyyarənin, iki təyyarədaşıyan gəminin və bombardmançı təyyarələrin iştirak etdiyini bildirib.

Kuperin açıqlamasına görə, “biz artıq 2000-dən çox sursatla təxminən 2000 hədəfi vurmuşuq. İranın hava hücumundan müdafiə sistemlərinə ciddi zərbə vurmuşuq və yüzlərlə İran ballistik raketini, buraxılış qurğusunu və dronunu məhv etmişik”.

Admiral əlavə edib ki, Amerikanın B-2 və B-1 bombardmançı təyyarələri İranın çoxsaylı nüvə obyektlərinə dəqiq zərbələr endirib, B-52 bombardmançı təyyarəsi isə ballistik raket proqramı ilə əlaqəli komanda və idarəetmə mərkəzlərini vurub.

Kuper həmçinin bildirib ki, ABŞ 17 İran gəmisini məhv edib və bir İran sualtı qayığına zərər verib.

O qeyd edib: “Bu gündən etibarən Fars körfəzində, Hörmüz boğazında və ya Oman körfəzində İran gəmiləri yoxdur və biz dayanmayacağıq. Dinamik hədəfləmə əməliyyatları aparmağa davam edəcəyik”.

Onun sözlərinə görə, ABŞ və İsrailin hücumlarına cavab olaraq İran 500-dən çox ballistik raket və 2000-dən çox dron buraxıb.

Admiral Kuper bildirib ki, “İranın bizi və tərəfdaşlarımızı vurmaq qabiliyyətinin azaldığını, döyüş qabiliyyətlərimizin isə artdığını görürük. Ümumi əməliyyat qiymətləndirməm budur ki, proqramımızda qrafikdən irəlidəyik”.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Mart 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri