Icma.az
close
up
RU
“ABŞ İRANDAKI REJİMİN ONLARA TABE OLMASINI İSTƏYİR” “Müharibənin uzanması yeni yeni müharibələrə yol aça bilər...”

“ABŞ İRANDAKI REJİMİN ONLARA TABE OLMASINI İSTƏYİR” “Müharibənin uzanması yeni yeni müharibələrə yol aça bilər...”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qüdrət Həsənquliyev: “İnşallah, bu dəfə də Türkiyə ilə birgə xalqımızın və dövlətimizin təhlükəsizliyini təmin edərik”

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev İsrailin İrana genişmiqyaslı hücumunun regionda yaratdığı vəziyyət, münaqişənin genişlənmə perspektivi, İranda hakim rejimin dəyişmə ehtimalı və bu ətrafda digər mövzularla bağlı “AzPolitika”-nın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:

– Qüdrət bəy, müsahibə üçün təşəkkür edirəm. ABŞ-İran arasında nüvə danışıqları yekunlaşmamış İsrailin İrana hücum etməsi Vaşinqton və Tehran arasında ilkin razılaşma ehtimalı ilə bağlı ola bilərdimi? Çünki İsrail əvvəldən bu danışıqların əleyhinə idi.

– ABŞ-nin razılığı olmasa, İsrail heç vaxt İrana hücum etməzdi. ABŞ istəyirdi ki, İran öz atom elektrik stansiyaları üçün zənginləşdirilmiş uranı xaricdən alsın. İran isə özü bu yanacağı istehsal etmək istəyirdi və buna görə ABŞ ilə razılığa gələ bilmirdi. Ona görə də İrana zərbələr endirildi.

– Əməliyyatlar bir neçə gündür davam etdirilir. Bu günə olan nəticələr nədən xəbər verir?

– İran texnoloji baxımdan İsraildən geri qalır. İsrail daha müasir silahlara malikdir və İranda ciddi casus şəbəkəsi qurub. ABŞ da İsrailə silah və kəşfiyyat məlumatları verir. İranın bu savaşda qalib gəlmək imkanları çox azdır. İran daxilində rejimi dəyişmək üçün İsrailə dəstək verən böyük güclər var. Həm də ABŞ görsə ki, İran İsrailə ciddi ziyan vurur, o halda İsrailə daha böyük hərbi dəstək verəcək.

– İsrail bildirir ki, məqsədlərinə çatana qədər davam edəcəklər. Məqsədlərə isə İranın hərbi qüdrətini, nüvə potensialını məhv etmək, hakim rejimi devirmək daxildir. Bir neçə həftəyə bu məqsədə nail ola bilərlərmi?

– ABŞ kömək etsə və mülki infrastruktur sıradan çıxarılsa, mövcud rejimin hakimiyyəti qoruyub saxlaması çətin olacaq. Amma ABŞ-nin hakimiyyət dəyişikliyində maraqlı olması görünmür. ABŞ-ı İrandakı rejimin sərtliyi yox, onlara tabe olmaması narahat edir. ABŞ İrandakı rejimdən on dəfələrlə sərt monarxiyalarla qardaşlıq edir. İndiki rejim boyun əyib bütün şərtləri qəbul etsə, ABŞ-nin tam dəstəyinə sahib olacaq.

– Zərbələr İranda daxili çaxnaşmalara, xaosa səbəb ola bilərmi? İranın hərbi rəhbərliyindəki bir sıra önəmli simalar öldürülüb, İsraili isə İran xalqını üsyana çağırılır. Sizcə, hakim rejimin demontajı mümkündürmü?

– Hərbi elita məhv edilsə də, siyasi liderlərə qarşı terror təşkil olunmur. Müxalifətə yönəlik çağırışlar rejimi qorxudub tabe etdirmək məqsədi daşıyır. Hazırda ABŞ-nin rejimi dəyişmək istəyi görünmür. Çünki daha demokratik İran – inkişafa yol açılmış, daha güclü İran deməkdir. ABŞ bunu istəyərmi?

– İranın dini lideri Xameneinin qətlə yetirilməsi üçün İsrailin ABŞ-dan razılıq almağa cəhd etdiyi barədə informasiyalar dövriyyəyə buraxılıb. Onun öldürülməsini mümkün sayırsınızmı və bu zaman proseslər necə gedə bilər?

– ABŞ indiki halda buna imkan verməz. İran ABŞ qarşısında kapitulyasiya edib onun şərtlərini qəbul etməsə, o zaman rejimin dəyişməsi məsələsi gündəmə gələr.

– Qüdrət bəy, xarici oyunçular prosesə müdaxilə edə bilərlərmi? Məsələn, ABŞ hərbi əməliyyatlara qoşula bilərmi? Çin sərt bəyanatlar verir, amma hərəkət etmir. Rusiya və Türkiyənin mövqeyi də hələlik müşahidəçi rolundadır. Qarşıdakı günlərdə bu istiqamətdə nə gözləyirsiniz?

– ABŞ-nin qorxusundan heç kim İsrailə qarşı çıxa bilməz. Sözdə pisləyə bilərlər, amma konkret addımlar ata bilməzlər.

– Azərbaycanın mövqeyini necə qiymətləndirirsiniz? Hadisələrin inkişafından asılı olaraq rəsmi Bakı hansı mövqedən çıxış etməlidir? Azərbaycan üçün hansı risklər, təhlükələr var?

– Rəsmi Bakının mövqeyi çox ədalətlidir. Biz də bir partiya olaraq iqtidarın mövqeyini tam dəstəkləyirik. İranın isə İsrailin onun neft sənayesinə zərbələr endirəcəyi halda region dövlətlərinin neft infrastrukturlarına hücum edəcəyi barədə bəyanatı sadəcə anlaşılmazdır və bu kimi bəyanatlar İranın maraqlarına cavab vermir. Azərbaycan çevik, ədalətli, beynəlxalq hüquqa əsaslanan xarici siyasəti ilə çağırışları şansa çevirməyi bacarıb. İnşallah, bu dəfə də Türkiyə ilə birgə xalqımızın və dövlətimizin təhlükəsizliyini təmin edərik.

– Sonda, bu münaqişə Rusiya-Ukrayna müharibəsinə necə təsir edə bilər? Bəzi ekspertlər deyir ki, Kreml Yaxın Şərqdə müharibənin uzanmasında maraqlıdır. Çünki həm də enerjidaşıyıcılarının qiyməti kəskin artır...

– Müharibənin uzanması yeni-yeni müharibələrə yol aça bilər və bu, heç bir dövlətin maraqlarına cavab vermir. İran səhv edib qonşu dövlətlərin neft sənayesinə zərbələr endirsə, ABŞ müharibəyə qatılacaq və İranda hakimiyyət dəyişikliyi real olacaq. Bu zaman Rusiya öz müttəfiqini itirəcək, bir az sonra isə neftin qiyməti 40 dollara düşəcək. İsrailin İranı vurması isə Ukraynanın maraqlarına cavab verir. Çünki İran Rusiyanın müttəfiqidir. Həmçinin Ukrayna iddia edir ki, İran Rusiyaya silah satır.

E. Rüstəmli
“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 İyun 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see294

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see256

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see236

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see223

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see206

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see203

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see191

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see181

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see172

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see157

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see155

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see153

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see148

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see148

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see147

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see146

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see141

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see141

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri