Icma.az
close
up
RU
ABŞ İranı 46 ildir hədələsə də...

ABŞ İranı 46 ildir hədələsə də...

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


“ABŞ və İran arasında gərginliyin tarixi 1979-cu ilə - İslam inqilabına gedib çıxır. 1979-cu ildən əvvəl İran bölgədə ABŞ-nın ən yaxın və ən böyük müttəfiqi idi. Hətta İran ABŞ üçün Türkiyədən də böyük əhəmiyyət kəsb edirdi. Sözsüz ki, bunun səbəbi var idi. Həm yerləşdiyi siyasi coğrafiyaya görə əhəmiyyət daşıyırdı, həm də şiə dövləti olaraq dünya müsəlmanlarının parçalanmasında rol oynayırdı. Bu da şübhəsiz ki, ABŞ-nın maraqlarına işləyirdi”.
Bunu “Reytinq” qəzetinə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri xatırladıb ki, 1979-cu ildən başlayaraq ABŞ-İran münasibətləri pozulub: “Fransanın dəstəyi sayəsində İranda siyasi hakimiyyət dəyişdi, Ruhulla Xomeyni iqtidara gəldikdən sonra Fransa ilə ABŞ arasında gizli rəqabət İran və ABŞ arasında rəqabətə çevrildi. Nəticədə ABŞ yeni İran hakimiyyəti ilə dil tapa bilmədi. Səbəb sadə idi -ABŞ son ana qədər şahı dəstəkləyirdi. Sadəcə, Fransanın dəstəyi sayəsində ABŞ-nın İrandakı maraqları məhv edildi, əvəzində ABŞ və İran arasında mövcud olan 40 illik münaqişə və gərginlik başlandı”.
S. Cəlaloğlu bildirib ki, 1979-cu ildən bu yana ABŞ dəfələrlə İranı hədələyib: “Ən azı biz bunu Barak Obamanın, Donald Trampın və Co Baydenin hakimiyyəti dövründə görmüşük. İndi Donald Trampın ikinci hakimiyyəti dövründə yenidən müşahidə edirik. Amma son 40 ildə ABŞ və İran arasında heç vaxt ciddi münaqişə və qarşıdurma olmayıb. Hesab edirəm ki, bundan sonra da olmayacaq. Bu gün ABŞ Yəməndə olan İranın Husi proksi qüvvələrinə qarşı acizlik nümayiş etdirir, o ki qala İranın özü ilə hansısa müharibə aparması...”.
Siyasətçi qeyd edib ki, İran Amerika üçün mühüm əhəmiyyət kəsb etdiyindən, Tehranın bütün şıltaqlıqlarına dözəcək. Çünki İranın mövcudluğu ərəb ölkələrinin Amerikaya yaxın olmasını şərtləndirir.
S. Cəlaloğlu sonda əlavə edib ki, İranın nüvə silahı yaratması demoqogiyadan başqa bir şey deyil: “Bəlli sayda dövlətlərin nüvə silahı var və bu günə qədər heç kəs ondan istifadə etməyib. Nümunə hazırda davam edən Rusiya-Ukrayna müharibəsidir”.
Y. QACAR
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Aprel 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri