ABŞ İranın 7 sürətli qayığını vurdu
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Hörmüz körfəzində qalan gəmiləri çıxarmağa çalışırkən prosesə müdaxilə edən İranın 7 sürətli qayığını vurub.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib:
“Müdaxilə etmək istədilər. Əvəzində özlərinin dediyi kimi 7 “sürətli qayıq”ları vuruldu. Onlara qalan bu oldu”.
BƏƏ də İranın hücumundan sonra Fuceyrə neft limanında yanğının baş verdiyini bildirib.
Gəmiçilik şirkəti olan “Maersk”dan BBC-yə bildirilib ki, onlara aid gəmilərdən biri ABŞ-nin hərbi mühafizəsi ilə – Trampın “Azadlıq layihəsi” adlandırdığı şəkildə boğazdan uğurla çıxıb.
ABŞ ordusu qayıqlara hücum etmək üçün helikopterlərdən istifadə edib.
İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, boğazda baş verənlər siyasi böhranın hərbi yolla həllinin olmadığını aydın göstərir.
İranın dövlət mediası isə 7 qayığın vurulmasını inkar edib. Bildirilib ki, körfəzdə iki kiçik yük gəmisi vurulub və 5 mülki şəxs həlak olub.
Əsmər Şahməmmədova, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 05 May 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















