ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatını ələ keçirmək üçün hərbi əməliyyatı nəzərdən keçirir
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ administrasiyası İranın nüvə obyektlərində saxlanılan zənginləşdirilmiş uranı ələ keçirmək məqsədilə genişmiqyaslı xüsusi hərbi əməliyyat keçirmək imkanını dəyərləndirir.
Redaktor.az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.
Məlumata görə, mümkün əməliyyatda minlərlə hərbçi, mühəndis bölmələri və xüsusi təyinatlı qüvvələrin iştirakı nəzərdə tutulur. Ekspertlər belə bir missiyanın hərbi tarixdə həyata keçirilməsi ən mürəkkəb əməliyyatlardan biri ola biləcəyini bildirirlər.
İddialara əsasən, əməliyyatın əsas hədəfi İranın ciddi mühafizə olunan Fordo və İsfahan nüvə obyektlərində saxlanıldığı ehtimal edilən zənginləşdirilmiş uran ehtiyatını təhlükəsiz şəkildə çıxarmaqdır. Bunun üçün əraziyə nəzarətin ələ alınması, partlayıcı tələlərin zərərsizləşdirilməsi və materialın təhlükəsiz şəkildə daşınması tələb olunacaq.
Nəşr yazır ki, İran mümkün hücuma hazırlaşaraq bəzi nüvə obyektlərinin ətrafında əlavə müdafiə tədbirləri görüb. Həmçinin son dövrlərdə "Pickaxe Mountain" kimi tanınan yeni yeraltı obyekt də ABŞ-nin diqqət mərkəzindədir. Mütəxəssislərin fikrincə, əməliyyatın uğuru kəşfiyyat məlumatlarının dəqiqliyindən və obyektlərin daxili quruluşu barədə əldə ediləcək məlumatlardan asılı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 26 İyul 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















