Icma.az
close
up
RU
“Quba”nın haqqı “Səbail”in taleyinə qurban verildi”

“Quba”nın haqqı “Səbail”in taleyinə qurban verildi”

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qubanın “Hypers” klubunun təsisçisi və prezidenti Ayaz Abdullayev sosial şəbəkə hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, funksioner “Futbolla bağlı son sözüm” girişli postunda Futbolun İnkişafı Fondunu (FİF) onlara dəstək olmamaqda, qurumu şəxsi maraqlara xidmət etməkdə günahlandırıb:

“Futbolla bağlı son sözüm…

Hər şeyi etdim. Bildiyiniz hər şeyi. Bütün imkanlarımı səfərbər etdim. Bu komanda yaşasın deyə döymədiyim qapı, ağız açmadığım insan qalmadı.

Amma görünür, əsl məsələ tamam başqa imiş… Məsələ nə imiş?

Keçən il Quba çempionatı 3-cü yerdə başa vurdu. Bu nəticəyə gəlmək isə heç də asan olmadı.

Komanda sayı artırılacaqdı, biz avtomatik 1 ci liqaya qalxacaqdıq.

Bir gün ölkəyə haray saldım ki, Quba komandası oyuna getməyə pul tapa bilmir. Bu hadisə viral oldu, hər kəs paylaşdı, hər kəs danışdı. Həqiqətən Qubanı sevən 5-6 nəfər ortaya çıxdı. Dedilər ki, “birader”, biz komandanı götürmək istəyirik.

Həmin şəxslər Futbolun İnkişafı Fondu (FİF) vasitəsilə mənimlə əlaqə saxladılar. Mən də açıq danışdım. Bəli, müəyyən borclar var idi. Dedim, bu borcları bağlayın, komandanı təhvil alın, yoluna davam etsin. Halbuki söhbət indiyə qədər bu komandaya qoyulmuş vəsaitin heç 5 faizi qədər olmayan bir məbləğdən gedirdi. Razılaşmışdılar. Çox da maraqlı idilər.

Amma sonra nə baş verdi, bir bilsəniz?

Bir az haşiyəyə çıxım.

“Səbail”in əvvəlki rəhbərliyi məlum səbəblərdən ayrıldıqdan sonra komandanın maliyyələşdirilməsi… Nəysə, ad verməyim. Və görünür, bu, bəziləri üçün yaxşı bir fürsətə çevrildi.

“Quba”nı götürmək istəyən, qubalı olan həmin insanlara bizim komanda əvəzinə “Səbail” təklif edildi. Altını “çizərək” yazıram bunu. “Quba”nın əvəzinə “Səbail”i təklif etdilər. Adamların “Quba” sevgisini avantaja çevirdilər. Daha doğrusu, “Səbail” onlara elə təqdim olundu ki, sanki başqa seçimləri yoxdur. Bir sözlə, “Quba”nı kənarda qoyub, “Səbail”i verdilər. “Səbail”in də adını dəyişib “Quba” edəcəklərdi. Mövcud vəziyyətdə niyə dəyişmir, ki, mən 3 dəfə komandanın adını dəyişmişəm, 2-3 günlük prossesdir. Çünki FİF buna icazə vermir. Səbəblərini normal araşdırmaq jurnalist işidir.

Komanda sayını artırmadılar a kişi, qəsdlə. Başqa adı belə yoxdu. Amma bu il artıracaqlar, “Səbail” çempion ola bilməsə.

Maraqlıdır ki, bu gün “Səbail”in rəhbərliyində olan şəxs də vaxtilə FİF-də çalışıb. Hansı statusda olduğunu, rəsmi, yoxsa qeyri-rəsmi bilmirəm. Amma bütün bu hadisələrin ardıcıllığı istər-istəməz suallar yaradır.

Əslində nə gözəl olardı… Qubalı qardaşlarımız komandanı götürərdilər, borcları bağlayardılar, İkinci Liqada çempion olardılar, sonra da Birinci Liqanı, ardınca Premyer Liqanı düşünərdilər. Bölgənin öz komandası, öz azarkeşi, öz gələcəyi olardı. Mən də rahatlıqla kənara çəkilərdim. Nə lazım olsa təmənnasız kömək edərdim. Nə şiş yanardı, nə də mən.

Ədalətli də olardı.

Amma görünür, Qubanın belə bir hekayə yaşamasını istəyənlər az imiş.

FİF-in “Quba”ya münasibəti də ayrıca bir mövzudur. Elə bil, bizim komandanı gözləri götürmədi. Gah “İmişli”ni gətirdilər Qubaya. Gah sponsor adı ilə, bütün məlumatları, təqdimatları məndən aldılar. Sonra necə deyərlər kendi maraqları.

İndi isə bir neçə sualım var.

FİF-in bu günə qədər gördüyü işlərin real nəticəsi nədir?

“Mingəçevir”? Bu gün komanda oyuna çıxa bilmir.

“Turan”? Milyonlarla vəsait xərclənib. Həmin vəsaitlərin taleyi ilə bağlı cavab gözləyən suallar var. Keçən mövsüm “Turan”ın yaşadığı kimin günahı idi?!

“Zaqatala”? Maaşlar əziyyətlə verilir. Hanı “Music Gallery”? Adam niyə ayrıldı?

Hanı “Lerik”? Hanı “Araz Saatlı”? “Göygöl”ü satıb, “Marafon”u almaqlar

“Şahdağ”? Ümid edirəm, yanılaram. Amma bu komandaya xərclənən vəsaitlərin gələcəyi ilə bağlı da bir gün ciddi suallar yaranacağını düşünürəm. Komanda kimindir?! Sabah pul lazım olanda başqa nələr ola bilər?!

Bir məsələni də qeyd etmədən keçə bilmirəm. Bu qurumun illik xərcləri milyonlarla ölçülür. Ezamiyyətlər, səfərlər, müxtəlif seminarlar, görüşlər və sair.

Bəs bütün bu xərclərin sonunda ortaya qoyulan real nəticə nədir?

Ağstafada 20 ədəd forma satmaq? Şərfi də pay vermək? Ya ai ilə köhnə ideyaları təkrarlayıb uğursuz olmaq?

Sonra da bunu böyük bir iş, futbolun inkişafına verilən töhfə kimi təqdim etmək?

Nahaqdan adamların o qədər büdcələrini xərclətdirdilər. “Səbail”də bu vaxta kimi rəqəmlər milyonlarla ölçülür.

Futbolun inkişafı keçirilən seminarların, ezamiyyətlərin, səfərlərin və hazırlanan hesabatların sayı ilə ölçülmür, qadası aldığım. Futbolun inkişafı ayaqda qalan klublarla, yetişən futbolçularla, qurulan infrastrukturlarla və davamlı maliyyə modeli ilə ölçülür.

Mənim heyfim gələn bu komandaların azarkeşləridir. Hər həftə ümidlə stadiona gələn, komandasına inanan, sevinən, üzülən insanlardır.

Çünki belə idarəçilikdə ən çox əziyyət çəkən yenə azarkeş olur. Bu gün bir komanda, sabah digəri… Bir müddət sonra yenə əl dəyişir, yenə yeni planlar, yeni vədlər başlayır. Yenə pərdə məsələsi.

Planlarım, hədəflərim var idi. Qubanın haqqı, belə demək mümkündürsə, “Səbail”in taleyinə qurban verildi.

Amma mən üzülmürəm. Çünki bilirəm ki, bu ölkədə zamanında üstü örtülmüş nə qədər məsələlər sonradan üzə çıxıb. Bir gün bu məsələlərə də obyektiv yanaşılacağına, müvafiq dövlət auditinin aparılacağına inanıram. Kim nə edib, hansı qərar hansı marağa xidmət edib, hansı vəsait hara yönəldilib. Niyə olub bu, niyə, niyə, niyə? Olacaq bu suallar.

Mənim vicdanım rahatdır.

“Quba” üçün əlimdən gələni etdim. Bəzən imkanım çatandan da artığını etdim.

Bəlkə də ən böyük səhvim futbolun təkcə sevgi, zəhmət və ədalətlə idarə olunduğunu düşünmək idi.

O bir məşhur səs vare, bizim inamımız, sizin büdcənizdən daha böyükdür.

Bu, mənim futbolla bağlı son paylaşımımdır.

Hər kəsə öz yolunda uğurlar!

Xəstəyəm mən. 40 dərəcə qızdırma ilə yazıram bunu, bir vaxtı 40 seriyalı avtobus alacağımı hədəfləmişdim. Nə qərib.

Bitdi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Noyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri