ABŞ İranla münaqişənin memorandum əsasında həllindən imtina edib
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tehran və Vaşinqton arasında açıq ünsiyyət kanallarını saxlayıblar və yeni razılaşma üçün əsas yaratmağa çalışırlar
ABŞ hakimiyyəti İranla münaqişənin həlli kimi anlaşma memorandumunu nəzərdən keçirmir. AYNA.AZ xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası memorandumu təkcə Hörmüz boğazı ilə bağlı deyil, həm də Tehranın nüvə proqramı ilə bağlı müddəaları özündə birləşdirəcək "daha əhatəli razılaşma" ilə əvəz etməyi planlaşdırır.
Nəşr həmçinin ABŞ və İran arasında danışıqların artıq davam etmədiyini bildirir. Lakin adı açıqlanmayan diplomatların sözlərinə görə, vasitəçilər Tehran və Vaşinqton arasında "açıq ünsiyyət kanallarını saxlayıblar" və yeni razılaşma üçün "əsas yaratmağa" çalışırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 04 Sentyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















