ABŞ İsrail koalisiyasına qarşı Türkiyə Rusiya Çin koalisiyası Baxçalıdan təklif
Icma.az bildirir, Olke.az portalına istinadən.
Dünyaya meydan oxuyan ABŞ-İsrail koalisiyasına qarşı ən uğurlu format Türkiyə-Rusiya-Çin koalsiyası ola bilər.
Ölkə.az xəbə verir ki, belə bir təkliflə Türkiyə hakim “Cümhur” İttifaqının üzvü, Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı çıxış edib.
"Biz TRK ittifaqının Türkiyə, Rusiya və Çindən ibarət olmasını istəyirik və təklif edirik. Türkiyə, Rusiya və Çin formatı ağıl, diplomatiya, siyasətin ruhu, coğrafi şərait və yeni əsrin strategiyasına uyğun olaraq qurulması və dirçəlməsidir”, - o qeyd edib.
Bağxçalı eyni zamanda əlavə edib ki, ümidsizlik, çarəsizlik və qərarların olmaması düşüncə baxımından durğunluq və özünütəcriddir: “Türk milləti və Türkiyə Cümhuriyyəti yeni əsrdə dalana dirənməyi, inamsızlığı, çarəsizliyi rədd etdi. Milli birlik və qardaşlıq hissi ilə güclənəcək və terrorsuz Türkiyə hədəfi ilə qeydə alınacaq, heç bir düşmən qüvvə və zehniyyət əvvəlcədən müəyyən edilmiş bu tarixi gedişata mane ola bilməyəcək”, - Baxçalı qeyd edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 20 Sentyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















