Icma.az
close
up
RU
İran İsrail savaşı kimə sərf edir: ABŞ, Rusiya, Türkiyə, Çin...

İran İsrail savaşı kimə sərf edir: ABŞ, Rusiya, Türkiyə, Çin...

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

"Dünyada ciddi geosiyasi gərginlik yarananda ilk növbədə əsas sual yaranır – bu kimə sərf edir? İndi dünyada 3 əsas nüvə arsenalı olan, geosiyasi vəziyyətə müxtəlif formada və gücdə təsir imkanı olan ölkə var – ABŞ, Çin, Rusiya. Geosiyasi oyunçu kimi zəifləmiş, amma, hələ də müyyən təsir mexanizmləri olan Avropa Birliyi var. ABŞ-la müyyən fikir ayrılıqları olasa da, amma, 90% birgə davranan Böyük Britaniya var. Geosiyasi güc olmağa çalışan Hindistanı da qeyd edə bilərik. Bundan başqa fraqmental dünyada yeni güc mərkəzi olmağa layiq olan, bunun üçün çalışan Türkiyə var. Pulu çox, birbaşa təsiri az, maraqlarını pulla almağa çalışan Ərəb Körfəz ölkələrini də siyahaya salmaq olar. Afrika, Latın Amerikası, Avstraliya, ümumiyyətlə oyun qurucu deyillər, oyunun parçası ola bilərlər".

Sitat.info xəbər verir ki, bu barədə Real Partiyasının sədri Natiq Cəfərli şərh verib. 

O İrana hücumun hansı ölkələrin maraqlarına uyğun olması ilə bağlı fikri bildirib: "İran ətrafında gərginliyin artığı, İranın son 2 ildə zəiflədilməsi starategiyasının son ayağı işə düşdüyü zamanda münaqişənin bu ölkələrə təsirlərinə baxaq. ABŞ – istənilən halda son söz sahibi və moderator kimi uduşlu vəziyyətdədir, hər iki tərəf ABŞ-dan asılıdır. İran danışmaq, İsrail isə vuruşmaq istəyir – hər iki halda da ABŞ son söz sahibidir.

Rusiya – Kremlə tam sərf edən vəziyyətdir: 

1) Ukrayna məsələsi gündəmdən düşür, Rusiya vəhşi hücumlarını artırır,

2) ABŞ Rusiyanı İran məsələsində masaya daxil etmək istəyir, Moskva da öz maraqlarına görə İranı “satmağa” tam hazır vəziyyətdədir.

Çin – İran Çinin ucuz neft mənbəyi idi, bu mənada, Çinə ziyanlıdır, amma Çin İrandan neft “dost” olduğuna görə deyil də, neft ucuz olduğuna görə alırdı-alır, hətta, dəyərini hamısını pul şəklində də vermirdi, neftin dəyərinin böyük bir hissəsini, təqribən, 30%-ni öz malları ilə ödəyirdi ki, bu da Çin istehsalçılarına xeyirdir. Amma, müəyyən iqtisadi itkiləri olsa da, bu münaqişədən geosiyasi uduşları da var – Qərbin, ABŞ-ın başı nə qədər çox Ukraynada, İranda, Yaxın Şərqdə qarışsa, Çin istiqamətinə, Sakit Okean bölgəsinə bir o qədər az resursu və zamanı qalacaq.

Avropa Birliyi – AB son illərdə öz stareji səhvlərinə görə ciddi geosiyasi oyunçu statusunu ciddi olaraq itirib, indi ABŞ-ın quyruğunda sürünməyə məhkum olub, amma, hələ də müəyyən resursları var, hətta İran məsələsinə müxtəlif cür baxan ölkələr də var – Fransa ənənəvi olaraq İrana daha yaxındır, mövqeyi yumşaqdır, amma, Almaniya tarixinə, “keçmiş yoldan asılılıq” prinsipinə görə daha sərt mövqedədir. Amma, İran dünya siyasə1tinə və iqtisadiyyatına geri dönsə, sanksiyalar götürülsə, bundan ən çox udan AB ölkələri olacaq. İran yeganə ölkədir ki, enerji məsələlərində, təhcizatında Rusiyanı tam əvəz edə biləcək potensialı var. Bundan başqa, İran iqtisadiyyatı və bazarı “acdır”, AB ölkələri bu “aclığı” ciddi fürsət bilirlər.

Hindistan bu məsələdə açıq olmasa da, İranın qarşısındadır, İranı öz stateji rəqibləri olan Çinə və Pakistana dost bilir, buna görə də, “düşmənimin dostu mənim düşmənimdir”, prinsipi ilə davranmağa çalışır. 

Körfəz ölkələri İsraili publik qınasa da, amma zəif İran onların ən böyük arzusudur. Qardaş Türkiyə publik və ritorik olaraq anti-İsrail mövqeyindədir, amma, Suriyadan İran və Rusiyanı İsraillə birgə qovdular, İranın bölgədə zəifləməsi rəsmi Ankaranın ümumi stateji maraqlarına uyğundur, sadəcə, bəlli risklər də var ki, Ankara indi o riskləri amortizasiya etməklə məşğuldur – arzu edirəm, inanıram ki, buna nail olacaqlar.

Yəni, həzərat, İran xalqından başqa bu münaqişə hamıya bir cür sərf edir, hamı bir şəkildə öz maraqlarını təmin edir, olan isə yenə günahsız insanlara, sadə vətəndaşlara olur. Ona görə də, İran xalqı da öz maraqlarını anlayıb, buna görə davranacağını düşünürəm...".

Nigar,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sitat.info
archiveBu xəbər 18 İyun 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri