ABŞ İsraildəki bazalara 40 dan çox yanacaqdoldurma təyyarəsi yerləşdirib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 2 noyabr, AZƏRTAC
ABŞ Hərbi Hava Qüvvələri İsraildəki aviabazalarda 40-dan çox yanacaqdoldurma təyyarəsi yerləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “Military Air Tracking Alliance” aviasiya resursu məlumat yayıb.
Məlumata görə, İsrailin Ramon aviabazasında 25, Ovda aviabazasında 4, Ben Qurion hava limanında isə 18 Amerika tanker təyyarəsi yerləşdirilib. Bu təyyarələr İrana qarşı mümkün hərbi əməliyyatlar zamanı hava qüvvələrinin fəaliyyətini dəstəkləmək üçün istifadə oluna bilər.
Bundan əlavə, son günlər ABŞ hərbi nəqliyyat təyyarələri Yaxın Şərqdəki bazalara, o cümlədən İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Küveytə uçuşlar həyata keçirib.
“The Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ bölgədə hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə Texasdan İsrailə “Patriot” sistemləri də göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 02 Noyabr 2026 07:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















