Astanada Dünya Güləş Birliyinin illik iclası və elmi simpozium
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
25–26 oktyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Dünya Güləş Birliyinin (UWW) Elmi Komissiyasının illik iclası və elmi simpozium keçirilib.
Beynəlxalq məclisdə Azərbaycanı Güləş Federasiyasının (AGF) Strateji İnkişaf və Analiz şöbəsinin mütəxəssisi Murad Cabbarov rəqib analizində süni intellektin rolu mövzusunda çıxış edib. Təqdimat zamanı AGF-nin formalaşdırdığı analiz platforması təqdim olunub.
UWW-nin Büro üzvü, Elm komissiyasının sədri Buyandelger Peljee, Özbəkistan İdman Universitetinin professoru Fikrət Kərimov, Türkiyənin məşhur idman mütəxəssisi, idman fiziologiyası, məşq elmi və güləş üzrə professor Ramazan Savranbaşı, Ukrayna Milli Bədən Tərbiyəsi və İdman Universitetinin professoru Georgi Korobeynikov və Beynəlxalq Güləş Tədqiqatçıları Şəbəkəsinin (INWR) təsisçisi və direktoru Devid Körbi təqdimatı yüksək qiymətləndirib və bu platformanın güləşin gələcək inkişafı, rəqəmsal texnologiyanın və süni intellektin bu sahəyə inteqrasiyası istiqamətində geniş imkanlar açdığını bildiriblər.
UWW-nin prezidenti Nenad Laloviçin də iştirak etdiyi simpoziumda güləşin inkişafı, idmançıların hazırlıq prosesi və müasir texnologiyaların idmanda tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub.
İştirakçılar olimpiya təsnifat sistemi, güləşdə qərarvermə, rəqiblərin təhlilində süni intellektdən istifadə, texniki fəndlərin öyrədilməsində rəqəmsal texnologiyaların rolu və idmançıların fiziki göstəricilərinin izlənilməsi barədə fikir mübadiləsi aparıblar.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 27 Oktyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















