ABŞ Kiber Komandanlığı əməkdaşları arasında baş verən intiharları araşdırır
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
ABŞ Kiber Komandanlığı 2026-cı ilin yayında hərbçiləri arasında baş verən bir sıra intihar hadisələrinin səbəbini müəyyən etməyə çalışır.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat verib.
Məlumata görə, iyunun əvvəli ilə iyulun əvvəli arasında birbaşa Kiber Komandanlıqda və ya onunla yaxından işləyən ən azı beş nəfər intihar edib.
Agentliyin məlumatına görə, son bir ildə İrana qarşı hərbi əməliyyat da daxil olmaqla, xaricdəki münaqişələr səbəbilə Kiber Komandanlıq heyətinin iş yükü xeyli artıb.
Məlumatda bildirilir ki, bu, rəsmilərin hərbi hakerlərin ruhi sağlamlığı ilə bağlı narahatlıqlarını artırıb.
Qeyd olunur ki, 2010-cu ildə qurulduğu gündən bəri komandanlıq əsas vəzifələrdə xroniki mütəxəssis çatışmazlığı şəraitində fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 07 Avqust 2026 04:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















