Xarici diplomlar üçün bunlar tələb olunmur TKTA
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici kvalifikasiyaların tanınması üzrə müraciət üçün tələb olunan sənədlərin Azərbaycan dilinə tərcümə olunması ilə bağlı məlumat yayıb.
TKTA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir. Qaydaların 2.5-ci bəndinə əsasən, türk, rus və ingilis dillərində təqdim edilmiş xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının və onlara əlavələrin Azərbaycan dilinə tərcüməsi, eləcə də notariat qaydasında təsdiq edilməsi tələb olunmur.
"Bununla belə, müraciətlərin ekspertizası zamanı bəzi vətəndaşların qeyd olunan dillərdə tərtib edilmiş sənədləri də Azərbaycan dilinə tərcümə etdirərək notariat qaydasında təsdiq olunmuş formada təqdim etdikləri müşahidə olunur.
Vətəndaşların əlavə xərc və vaxt itkisinin qarşısının alınması, eləcə də tanınma prosedurunun daha operativ şəkildə həyata keçirilməsi məqsədilə bildiririk ki, türk, rus və ingilis dillərində tərtib edilmiş xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının və onlara əlavələrin Azərbaycan dilinə tərcümə edilməsinə, habelə həmin tərcümələrin notariat qaydasında təsdiq olunmasına ehtiyac yoxdur. Vətəndaşlar həmin sənədləri birbaşa, tərcümə etdirmədən təqdim edə bilərlər.
Bildiririk ki, bu tələb yalnız qeyd olunan üç dildə tərtib edilmiş sənədlərə şamil olunur. Digər dillərdə olan sənədlərin Azərbaycan dilinə tərcüməsi və tərcümənin notariat qaydasında təsdiq olunması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir", - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 23 Noyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















