ABŞ komandası Bakıda ən böyük heyətə malik olacaq
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ komandası fevralın 21-23-də Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda ən böyük heyətə malik olacaq.
İdman.biz xəbər verir ki, 16 amerikalı idmançı ölkəmizə gələcək.
Onlardan səkkizi batut proqramında, digər səkkiz nəfər isə tamblinqdə çıxış edəcək. Gimnastlar arasında Pol Bretçer, Trevor Harder, Şelbi Nobuhara və başqaları var.
Qeyd edək ki, Dünya kubokunda 15 ölkədən idmançılar iştirak edəcək.
İdman.biz

Bakıda böyük söküntü olacaq
13 Dekabr 2024 16:49
Emin Ağalarov Bakıda Avropanın ən böyük kazinosunu açacaq
02 Avqust 2025 18:26
Dünyanın ən bahalı heyətə malik klubları Qarabağ ın rəqibləri də var
09 Oktyabr 2025 09:54
Bakıda böyük SÖKÜNTÜ OLACAQ Bu şəxslərə…
22 May 2025 09:26

