Icma.az
close
up
RU
ABŞ Konqresi sifariş verilən F35lərin sayını azaltmaq istəyir

ABŞ Konqresi sifariş verilən F35lərin sayını azaltmaq istəyir

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

ABŞ Konqresi Pentaqonun 2025-ci ildə sifariş vermək niyyətində olduğu beşinci nəsil "F-35 Lightning II" qırıcılarının sayını azaltmağı planlaşdırır. 

Qayanrinfo xəbər verir ki, bu barədə "Defence News" məlumat yayıb.

"Təklif edilən 2025-ci maliyyə ilində Milli Müdafiə Səlahiyyəti Aktı  təhvil veriləcək yeni alınmış qırıcı təyyarələrin sayını məhdudlaşdıracaq", deyə nəşr qeyd edib.

Mənbə açıqlayır ki, məhdudiyyət Pentaqonun Birgə Zərbə Qırıcı (JSF) proqramı ilə bağlı bir neçə problemi necə həll etməyi planlaşdırdığını göstərənə qədər qüvvədə qalacaq.

"Defence News"un məlumatına görə, ordu əvvəlcə 68 təyyarə almağı planlaşdırırdı. Bununla belə, Konqres yeni qırıcıların sayını 48 ədədlə məhdudlaşdırmaq qərarına gəlib. "Technology Refresh 3" paketinin bir hissəsi kimi təyyarələrin modernləşdirilməsi ilə bağlı gecikmələr və problemlər fonunda JSF proqramından da xüsusi narazılıq var.

Noyabr ayında ABŞ-da ən bahalı silah sistemi olan "Lockheed Martin Corp."un F-35 təyyarəsinin hərtərəfli sınaqları ilə bağlı Pentaqonun məxfiliyi ləğv edilmiş hesabatı ortaya çıxıb.

Sənəddə vurğulanır ki, altı illik döyüş sınaqları texniki xidmət, etibarlılıq, atəşin qeyri-dəqiqliyi və kibermüdafiə sahəsində həll olunmamış problemlər ilə çətinləşib. Bütün bu amillər ABŞ-ın ən bahalı silahlarından birini etibarsız edir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see167

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see120

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see119

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see118

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see117

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see117

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see114

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see113

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see113

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see113

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see113

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see112

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see112

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see111

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see111

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri