Icma.az
close
up
RU
ABŞ la müharibənin astanasında olan Venesuelada nə baş verir? Dieqo Sequeradan ÖZƏL AÇIQLAMA

ABŞ la müharibənin astanasında olan Venesuelada nə baş verir? Dieqo Sequeradan ÖZƏL AÇIQLAMA

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Venesuela ilə ABŞ arasındakı gərginlik hər keçən gün artır. ABŞ-ın Karib dənizində hərbi mövcudluğunu gücləndirməsi fonunda Prezidenti Nikolas Maduro özünün təhlükəsizliyi ilə bağlı tədbirləri sərtləşdirib.

Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Administrasiyası Venesuela lideri Nikolas Maduronu və onun hökumətdəki silahdaşlarını xarici terror təşkilatının üzvləri kimi tanıyıb.
CNN-nin yaydığı məlumatda qeyd edilir ki, Maduronun Venesuela Silahlı Qüvvələri daxilində şaxələndirilmiş narkotik ticarəti şəbəkəsi olan "Günəşlər karteli" ilə əlaqələri var. Həmin şəbəkə narkotiklərin ABŞ-a və Avropaya qaçaqmalçılıq yolu ilə daşınması ilə məşğuldur.
Bəs müharibə proqnozları fonunda Venesuelada vəziyyət necədir?
Mövzu ilə bağlı Bizim.Media vemesuellalı akademik, siyasi şərhçi Dieqo Sequera ilə həmsöhbət olub.
Akademik hesab edir ki, hazırda Venesuela ilə bağlı görünən mənzərə, çox güclü bir dəniz qüvvələrinin (flotiliyanın) bölgəyə toplanmasıdır:
“Onların iddia edilən rəsmi məqsədi guya narkotik dövriyyəsi ilə bağlı məsələləri həll etməkdir, amma bu, heç bir halda həqiqət deyil. Burada söhbət hakimiyyət dəyişikliyindən gedir. Bu, rejim dəyişikliyinə yönəlmiş bir əməliyyatdır və görünür ki, bölgədə daha geniş bir planın ilk mərhələsi olaraq Venesueladan başlamaq istəyirlər”.
Dieqo Sequera qeyd edib ki, hazırda yaşananlara gərginlik deyilməsi prosesi kiçik göstərməkdir.
 

Venesuelada baş verənlər müharibəyə çevrilə bilər:

“Gərginlik” ifadəsi sadəcə yumşaldılmış bir sözdür. ABŞ bölgədə suveren siyasət yürüdən bir hökuməti qəbul etmir, üstəlik bu ölkə dünyanın ən böyük neft ehtiyatlarına sahibdir və öz resursları üzərində müstəqil qərar vermək xəttini davam etdirir.
Venesuela öz müştərilərini və tərəfdaşlarını seçir, ABŞ-ın xüsusi təsiri altında olmaqdan imtina edir. Əgər ABŞ rasional bir aktor olsaydı, o da Venesuela ilə tərəfdaş ola bilərdi. Lakin Vaşinqton yalnız tam şəkildə öz maraqlarına uyğun, tabeliyində olan bir hökumət görmək arzusundadır. Venesuela isə bu tələblərə uyğun gəlmir. Ümumi siyasi gərginliyin mahiyyəti də budur. Lakin baş verənlər iki ölkə arasındakı gərginlik deyil; bu, xaricdən edilən təxribat xarakterli, əsassız bir təcavüzdür və məqsəd rejimi dəyişməkdir”.
Proseslər Venesuelanın təbii sərvətlərinə görə başlayıb.
Akademik əlavə edib ki, Dünyada bir çox qiymətli mədən və qaz ehtiyatına görə ilk yerlərdə qərarlaşan Venesuela, hazırda bunun ağrısını yaşayır.
“Bunun arxasında duran səbəb də bəllidir. ABŞ özünün zəiflədiyini yaxşı bilir və daha çox resursa nəzarəti ələ keçirmək üçün tələsir. Buna görə Venesuela onlar üçün həyati əhəmiyyət daşıyır. Vaşinqton, Asiya əsrinin gəldiyi bir dövrdə özünün supergüc kimi təsirini itirəcəyindən qorxur və buna görə də Qərb yarımkürəsində daha çox resursa nəzarəti təmin etməyə çalışır”.
Bəs Venesuela xalqı hazırki iqtidarı dəstəkləyirmi?
“Bəli, xalq hazırkı hökuməti dəstəkləyir. Əlbəttə, dəstəkləməyənlər də var, amma məncə çoxluq deyil. Və hökuməti dəstəkləməyənlərin böyük hissəsi belə, rejim dəyişikliyi üçün xarici hərbi müdaxiləni dəstəkləmir. Bu məsələdə hökuməti kimlərin dəstəkləməsi və ya dəstəkləməməsi qədər vacib olan, insanların əksəriyyətinin xarici təcavüzə qarşı olmasıdır. Ümumilikdə isə hökumətin əhalinin mühüm bir hissəsinin dəstəyinə malik olduğu açıqdır. Müxalifətin də çox kiçik bir hissəsi Venesuelaya qarşı hərbi müdaxilə ideyasına həvəslə yanaşır”, - deyə D. Sequera əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri