İstanbulda aslan həyəcanı: heç nə tapılmadı VİDEO
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İstanbul Valiliyi şəhərin Sarıyer rayonunda aslan görüldüyü barədə məlumatı təkzib edib.
Modern.az Türkiyə mediasına istinadla bildirir ki, valiliyin açıqlamasına görə, noyabrın 22-də Uskumruköy məhəlləsindəki idman kompleksinin yaxınlığındakı meşəlik ərazidə aslan görüldüyü barədə məlumat daxil olub.
Bundan sonra Təbiəti Mühafizə və Milli Parklar, jandarma, AFAD, İstanbul Böyükşəhər və Sarıyer bələdiyyələrinin baytarlıq xidmətlərinin iştirakı ilə axtarış aparılıb. Ərazi termal kameralı dronlar, müşahidə kameraları və hərəkət sensorları vasitəsilə yoxlanılıb.
Axtarış zamanı ərazidə aslanın olduğuna dair heç bir sübut aşkarlanmayıb.
Noyabrın 23-də əldə edilən müxtəlif bucaqlardan çəkilmiş görüntülərin araşdırılması nəticəsində heyvanın nə aslan, nə də digər iri pişik növlərindən biri olmadığı müəyyən edilib.
Valilik bildirib ki, vətəndaşların təhlükəsizliyi üçün daxil olan bütün məlumatlar diqqətlə araşdırılır və zərurət yaranarsa, yoxlamalar yenidən aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 23 Noyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















