Az yeməkdən sonra da qarında köp yaranır? 3 səbəblə əlaqəlidir
Icma.az bildirir, Bizim media portalına istinadən.
Qastroenteroloq Andrey Simakov az miqdarda yemək qəbul etdikdən sonra belə qarında köpün yaranmasının səbəblərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, həkim bu problemin üç əsas səbəbini “Lenta.ru”ya açıqlamasında sadalayıb.
Həkimin sözlərinə görə, qarında köpün yaranması aerofagiya – havanın udulması ilə əlaqəli ola bilər. Bu, insanın yeməyi sürətlə qəbul etməsi və ya qazlı içkilər içdiyi zaman baş verir.
Hava həzm sisteminə daxil olur və qəbul edilən qidanın miqdarından asılı olmayaraq qarında şişkinlik yarana bilər. Simakov köpün digər səbəbi kimi qəbizliyi göstərib.
“Qazlar artıq toplandıqda, yeni qəbul edilən qida qarın boşluğunda qalan yeri tutur, təzyiq artır və köp hissi güclənir”, – deyə qastroenteroloq bildirib.
Həkim əlavə edib ki, qarında köp çanaq dibi əzələlərinin həddindən artıq gərginləşməsi nəticəsində də yarana bilər. Onun sözlərinə görə, oturaq həyat tərzi keçirən insanlarda bu əzələlər hipertonus vəziyyətində ola bilər.
Simakovun izahına görə, əzələlər və anal sfinkter boşalmadıqda insan qazları xaric etməkdə çətinlik çəkir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 23 Noyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















