Icma.az
close
up
RU
ABŞ la tərəfdaşlıqda gerçəkliyin diktəsi

ABŞ la tərəfdaşlıqda gerçəkliyin diktəsi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Prezidentinin dəqiq siyasi diaqnozu

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ABŞ–Azərbaycan münasibətlərinin struktur məntiqini və strateji mahiyyətini açan konseptual siyasi təhlildir. Dövlət başçısı 907-ci düzəlişi ayrı-ayrı epizodlar və ya şəxsi münasibətlər kontekstində deyil, beynəlxalq sistemin işləmə mexanizmləri, böyük güclərin maraq iyerarxiyası və zəif aktorların necə asanlıqla siyasi manipulyasiya obyektinə çevrildiyi prizmasından təqdim edir.

Prezidentin müsahibəsi bir daha göstərir ki, beynəlxalq münasibətlərdə ədalət anlayışı çox vaxt hüquqi normalardan deyil, institusional yaddaşdan və siyasi faydalılıq meyarından qaynaqlanır. ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na qəbul edilmiş 907-ci düzəliş konkret bir dövrün siyasi konfiqurasiyasının məhsulu olmaqla yanaşı, Vaşinqtonun Cənubi Qafqaz siyasətində uzun müddət davam edən selektiv yanaşmasının simvoluna çevrilib. Prezident İlham Əliyevin mövqeyi bu mənada haqsızlığın necə normallaşdırıldığını və illərlə beynəlxalq institutların gündəliyində “adi qərar” kimi saxlanıldığını ifşa edir. Dövlət başçısının yanaşmasında xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, məsələ emosional müstəviyə keçirilmədən siyasi məsuliyyət və strateji nəticələr kontekstində təqdim olunur.

Burada əsas sual “kim haqlıdır?” deyil, “beynəlxalq sistem niyə belə işləyir?”dir. Prezidentin vurğuladığı kimi, Azərbaycanın uzun müddət ABŞ üçün yalnız funksional əhəmiyyət daşıması – nəqliyyat dəhlizi, enerji təhlükəsizliyi elementi və ya hərbi-logistik tərəfdaş kimi qəbul edilməsi – münasibətlərin dəyər əsaslı deyil, alətçi xarakter daşıdığını ortaya qoyur.

Azərbaycan real təhlükəsizlik çağırışları, humanitar fəlakət və işğal faktı ilə üz-üzə qaldığı bir dövrdə cəzalandırılan tərəfə çevrilmiş, işğalçı isə, faktiki olaraq beynəlxalq siyasi himayə altına alınmışdı. Müsahibədə səsləndirilən mövqe məhz bu paradoksun köklərini açmağa yönəlib. Beynəlxalq münasibətlər praktikası göstərir ki, bu cür qərarlar nadir hallarda sırf institusional mexanizmlərin neytral məhsulu olur. Əksinə, burada administrativ laqeydlik, informasiya boşluğu və güclü lobbi təsiri bir-birini tamamlayan amillər kimi çıxış edib.

Dövlət başçısının bu məqamla bağlı söylədiyi fikir həmin dövrün siyasi reallığını açıq şəkildə ifşa edir: “Məndə olan məlumata görə, o vaxt Azərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki, gündəlikdə belə bir məsələ var”. Dövlət başçısının sitatı postsovet Azərbaycanının erkən mərhələdə üzləşdiyi institusional yetkinlik çatışmazlığını və xarici siyasətdə strateji baxışın formalaşmamasını göstərir. Yeni müstəqillik qazanmış dövlət üçün beynəlxalq gündəliyi izləmək, xüsusilə də böyük güclərin qanunverici orqanlarında gedən proseslərə vaxtında müdaxilə etmək həyati əhəmiyyət daşıyırdı. Lakin həmin dövrdə Azərbaycan nə diplomatik resurslara, nə lobbi şəbəkəsinə, nə də koordinasiyalı xarici siyasət mexanizminə malik idi.

Burada əsas məsələni yalnız erməni lobbisinin fəallığı ilə izah etmək politoloji baxımdan sadələşdirilmiş yanaşma olardı. Əsl problem ondan ibarət idi ki, Azərbaycan öz milli maraqlarını beynəlxalq institutlarda sistemli şəkildə müdafiə edə bilən subyekt statusuna hələ yiyələnməmişdi. Nəticədə siyasi boşluq yaranmış, bu boşluq isə daha təşkilatlanmış və institusional təsir imkanlarına malik aktorlar tərəfindən doldurulurdu. Politoloji müstəvidə bu vəziyyət “zəif dövlətlərin beynəlxalq institutlarda görünməzliyi” anlayışı ilə izah olunur. Həmin fenomenə görə, dövlətin hüquqi suverenliyi onun real siyasi çəkisi ilə üst-üstə düşmədikdə, beynəlxalq qərar qəbuletmə mexanizmlərində həmin dövlət asanlıqla kənarda qala bilir. 907-ci düzəliş məhz belə bir vəziyyətin məhsulu idi: işğala məruz qalmış, humanitar böhran yaşayan tərəf beynəlxalq siyasi diskursda passiv subyektə çevrilir, işğalçı isə fəal narrativ formalaşdırmaq imkanına sahib olur.

Daha mühüm və prinsipial məqam 907-ci düzəlişin qəbul edildiyi tarixi-siyasi kontekstin obyektiv reallıqla kəskin ziddiyyət təşkil etməsidir. Prezident İlham Əliyev bu ziddiyyəti faktların dili ilə, emosiyasız, son dərəcə dəqiq şəkildə ifadə edir: “O vaxt bizim torpaqlarımız artıq işğal altında idi… Ermənistan dövləti tərəfindən Xocalı soyqırımı törədilmişdi”.

Məhz bu sitat beynəlxalq hüququn fundamental prinsipləri – ərazi bütövlüyü, dövlətlərin suverenliyi və mülki əhalinin qorunması – baxımından vəziyyətin kimə qarşı və hansı miqyasda pozulduğunu açıq şəkildə göstərir. Bu şəraitdə işğala məruz qalmış və humanitar fəlakət yaşayan dövlətin cəzalandırılması hüquqi deyil, siyasi məqsədli selektiv yanaşma kimi qiymətləndirilməlidir.

Əgər 907-ci düzəlişin formal əsaslandırması “Ermənistanın blokadaya alınması” idisə, bu arqument nə geosiyasi, nə də faktiki baxımdan özünü doğruldurdu. Ermənistanın Gürcüstan və İranla açıq sərhədlərə malik olması, habelə həmin dövrdə Türkiyə–Ermənistan sərhədinin hələ bağlı olmaması “blokada” iddiasını normativ mifə çevirirdi. Bu halda ortaya çıxan əsas sual ondan ibarət olur: real blokada yox idisə, cəza mexanizmi hansı əsasla tətbiq edilmişdi? Məhz bu nöqtədə 907-ci düzəliş beynəlxalq hüquq sənədi olmaqdan çıxaraq lobbi siyasətinin normativ alətinə çevrilir. ABŞ Konqresi burada neytral arbitrajçı funksiyasını deyil, daxili siyasi balanslar və etnik maraq qruplarının təsiri altında formalaşan qərarverici aktor rolunu oynayır. Bunlar isə beynəlxalq münasibətlərdə tez-tez rast gəlinən, lakin nadir hallarda açıq şəkildə etiraf olunan bir reallığı üzə çıxarır: hüquqi norma çox vaxt siyasi faydalılığın kölgəsində qalır.

Prezident İlham Əliyevin Co Baydenin adını xüsusi olaraq vurğulaması şəxsi polemika və ya fərdi siyasi simpatiya–antipatiya kontekstində deyil, siyasi ardıcıllığın və institusional davranışın ifşası kimi dəyərləndirilməlidir. Dövlət başçısı bu yanaşma ilə ABŞ xarici siyasətində fərqli administrasiyalar arasında zahiri üslub fərqlərinə baxmayaraq, müəyyən regional məsələlərdə dəyişməz qalan ideoloji və institusional xətti üzə çıxarır. Obama–Bayden və daha sonra Bayden–Blinken administrasiyalarında Azərbaycana münasibətin eyni məntiq üzərində qurulması göstərir ki, burada söhbət situativ qərarlardan deyil, uzunmüddətli siyasi mövqedən gedir. Belə bir məqam ABŞ-ın insan haqları, demokratiya və beynəlxalq ədalət haqqında yaratdığı normativ diskurs ilə real siyasətdə tətbiq etdiyi mexanizmlər arasındakı struktur ziddiyyəti aydın şəkildə ortaya qoyur. Azərbaycan timsalında bu ziddiyyət ondan ibarət idi ki, işğala məruz qalmış, etnik təmizləməyə və humanitar fəlakətə düçar olmuş dövlət “cəzalandırılan tərəf” rolunda təqdim edilirdi.

11 sentyabr 2001-ci il hadisələrindən sonra 907-ci düzəlişin, faktiki olaraq, dayandırılması bu siyasətin ideoloji deyil, tamamilə marağa əsaslanan praqmatik xarakterini təsdiqlədi. Azərbaycan ABŞ üçün Əfqanıstan missiyası çərçivəsində strateji əhəmiyyət daşıdığı müddətdə ədalətsiz düzəliş gündəmdən çıxarıldı. Nəqliyyat dəhlizləri, logistika imkanları və regional sabitlik faktoru Vaşinqtonun münasibətini müəyyənləşdirən əsas dəyişənlərə çevrildi. Lakin missiya başa çatdıqdan sonra düzəlişin yenidən aktivləşdirilməsi ABŞ xarici siyasətində instrumental münasibət modelinin nə qədər açıq işlədiyini göstərdi.

Prezident İlham Əliyevin bu kontekstdə söylədiyi fikir isə artıq tarixi müşahidə deyil, strateji mövqedir: “Gün gələcək və biz sizə bir daha lazım olacağıq. Amma onda bizim qapımızı döyməyin”. Məhz bu cümlə beynəlxalq münasibətlərdə rolunu dəyişmiş Azərbaycanın siyasi özünüdərkini və güc statusunun transformasiyasını əks etdirir. Burada söhbət zəif, asılı və yardım gözləyən dövlətdən deyil, regional güc mərkəzinə çevrilmiş, öz enerji resurslarına, nəqliyyat-logistika potensialına və təhlükəsizlik arxitekturasında tutduğu mövqeyə güvənən dövlətdən gedir. Əgər əvvəlki mərhələdə Azərbaycan ABŞ üçün funksional əhəmiyyət daşıyan obyekt idisə, bu gün regional proseslərdə qərarverici subyekt kimi çıxış edir. Prezidentin mesajı məhz bu dəyişimi təsdiqləyir: münasibətlər yalnız ehtiyac anlarında xatırlanan tərəfdaşlıq üzərində qurula bilməz. Tarix, siyasi yaddaş və qarşılıqlı hörmət beynəlxalq əməkdaşlığın əsas şərtinə çevrilməlidir.

Tramp administrasiyası dövründə ABŞ–Azərbaycan münasibətlərində müşahidə olunan dəyişiklik ideoloji yaxınlıq və ya şəxsi simpatiyalarla deyil, reallığa əsaslanan siyasi realizm yanaşması ilə izah olunmalıdır. Bu mərhələdə Vaşinqtonun Cənubi Qafqaza baxışı güc balansı, enerji təhlükəsizliyi və geostrateji kommunikasiya xətləri üzərində quruldu. Prezident İlham Əliyevin müsahibədə işarə etdiyi kimi, məhz bu yanaşma münasibətlərin daha praqmatik və qarşılıqlı maraqlara söykənən müstəviyə keçməsinə imkan yaratdı.

Dövlət başçısının vurğuladığı əsas məqam ondan ibarətdir ki, bu gün 907-ci düzəliş nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan əsaslandırıla bilir. Münaqişə mərhələsində belə süni arqumentlər üzərində qurulan bu sənəd postmünaqişə reallığında tamamilə funksiyasız və absurd xarakter alıb. Azərbaycan artıq Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması, nəqliyyat marşrutlarının bərpası və enerji axınlarının təhlükəsizliyinin təmin edilməsində əsas həlqəyə çevrilib. Ermənistanın faktiki tranzit imkanlarının belə Azərbaycan ərazisi üzərindən formalaşması bu reallığın aydın göstəricisidir.

Son olaraq qeyd edək ki, 907-ci düzəliş ABŞ–Azərbaycan münasibətlərində keçmişin institusional qalığına çevrilib. Onun mövcudluğu artıq nə Vaşinqtona əlavə üstünlük qazandırır, nə də regional proseslərə təsir imkanlarını artırır. Əksinə, bu düzəliş ABŞ-ın regionda ədalətli və balanslı aktor kimi çıxış etmək iddiasına zərbə vuran simvolik yük daşıyır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see292

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see234

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see226

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see225

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see206

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see199

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see195

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see191

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see190

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

03 İyun 2026 17:27see178

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see177

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see168

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see165

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see158

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see151

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see149

İran ABŞ nin esminesinə hücum etdi

04 İyun 2026 04:29see146

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see141

Vlahoviç “Yuventus”un təklif etdiyi müqaviləni rədd edib

04 İyun 2026 02:06see140

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

03 İyun 2026 21:59see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri