ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Amerikalı həkim eşitmə sağlamlığı ilə bağlı paylaşdığı video müraciətlə sosial şəbəkələrdə maraq doğurub.
Milli.Az xəbər verir ki, mütəxəssis qulağa hidrogen peroksid damızdırılmasının bəzi hallarda faydalı ola biləcəyini bildirərək bu üsulun hansı məqsədlə tətbiq edildiyini ətraflı izah edib. O, videoda bu prosedurun qulaq kanalında toplanan qulaq kirinin yumşaldılmasına və təmizlənməsinə kömək edə biləcəyini qeyd edib.
Həkim həmçinin bu üsulun düzgün tətbiq edildiyi hallarda qulaq kanalının təmizlənməsini asanlaşdıra, bunun nəticəsində isə eşitmədə yaranan bəzi müvəqqəti problemlərin aradan qalxmasına dəstək ola biləcəyini vurğulayıb. O, videoda prosesin necə aparılmasını və diqqət edilməli məqamları da bir-bir sadalayıb.
Bununla yanaşı, mütəxəssis xəbərdarlıq edib ki, qulaq pərdəsində zədə, infeksiya, ağrı və ya digər qulaq problemləri olan şəxslər bu üsulu həkim məsləhəti olmadan tətbiq etməməlidirlər.
Həkimin paylaşdığı video qısa müddətdə geniş maraq doğurub və sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:381
Bu xəbər 09 İyul 2026 06:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















