Haalandın atası oğlunun gələcəyindən danışdı
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Mançester Siti”nin hücumçusu Erlinq Haalandın atası Alf-İnge Haaland İngiltərə klubunun ətrafında cərəyan edən maliyyə qalmaqalı, Premyer Liqadan kənarlaşdırılma təhlükəsi və oğlunun gələcəyi barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o “The Sun”a açıqlamasında söyləyib.
“Mən yalnız mətbuatda yazılanlardan xəbərdaram. Orada isə çox şey yazılır, özü də son dərəcə birtərəfli. Buna görə də ümid edirik ki, klubun işinə ədalətli baxılacaq. Erlinq yalnız meydanda mümkün qədər çox vaxt keçirmək haqqında düşünür və diqqətini tam olaraq futbola cəmləyib”, – deyə Alf-İnge bildirib.
O həmçinin qeyd edib ki, illər əvvəl baş vermiş hadisələrə görə indiki futbolçuların əziyyət çəkməsi müəyyən mənada haqsızlıqdır:
“Bəli, illər əvvəl edilən əməllərə görə cəza çəkmək hansısa mənada ədalətsizlikdir. Fikrimcə, apellyasiya prosesinin başa çatmasını gözləmək lazımdır. “Siti”də öz təqsirsizliklərini sübut etmək üçün möhkəm sübutlara malik olduqlarına əmindirlər. Odur ki, yekun qərarı gözləməyə dəyər”.
Xatırladaq ki, “Mançester Siti” 2009-2018-ci illər ərzində mütəmadi olaraq maliyyə pozuntularına yol verməkdə ittiham olunur. 2023-cü ilin fevralında İngiltərə Premyer Liqası kluba qarşı 115 ittiham irəli sürmüşdü. 2026-cı ilin sentyabrında işə baxan müstəqil komissiya “şəhərlilər”i 115 bənddən 114-ü üzrə təqsirli bilib və bundan sonra klub qərardan apellyasiya şikayəti verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 01 Noyabr 2026 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















