Icma.az
close
up
RU
ABŞ li siyasətçinin yadplanetlilərlə bağlı paylaşımı VİRAL OLDU

ABŞ li siyasətçinin yadplanetlilərlə bağlı paylaşımı VİRAL OLDU

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Konqresinin üzvü Anna Paulina Luna yadplanetlilər və bibliya mətnləri arasında gözlənilməz paralellər apararaq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, onun X sosial şəbəkəsində paylaşdığı bir sıra postlar milyonlarla baxış toplayıb və qızğın mübahisələr yaradıb.
 

Söhbət eramızdan əvvəl təxminən 300-100-cü illər arasında yazıldığı hesab edilən qədim yəhudi mətni - Yenoxun Kitabından gedir. Həmin mətndə Yerə enən, qadınlarla münasibət quran və bibliya daşqınından əvvəl yaşamış nəhənglər nəslini törədən 200 mələkdən - “Mühafizəçilər”dən bəhs olunur.


Bu mətn əksər yəhudilər, katoliklər və protestantlar tərəfindən kanonik Bibliyaya daxil edilmir və mübahisəli hesab olunur. Lakin Luna iddia edir ki, həmin mətn qədim dövrlərdə yerdənkənar varlıqlarla təmaslar barədə məlumatları gizlətmək məqsədilə qəsdən kənarda saxlanılmış ola bilər.
Siyasətçi daha da irəli gedərək buna bənzər “sübutlar”ın incəsənətdə də tapıla biləcəyini vurğulayıb. O, xüsusilə “UFO-lu Madonna” kimi tanınan “Madonna və uşaq, körpə Müqəddəs İohanla” tablosunun görüntüsünü paylaşıb. Rəsmin arxa fonunda səmada sirli obyekt görünür və sui-qəsd nəzəriyyələrinin tərəfdarları bunu uçan boşqab kimi yozurlar.
 

Bu paylaşımlar istifadəçilər arasında kəskin reaksiyaya səbəb olub. Bəziləri konqresmeni dəstəkləyərək “həqiqətin həmişə göz qabağında olduğunu” bildirib, digərləri isə bu fikirlərə skeptik yanaşıb.


Tənqidçilər xatırladıblar ki, Yenoxun Kitabı etibarlı mənbə hesab edilmir və təsvir olunan hadisələrdən minilliklər sonra qələmə alınıb.
Qeyd edək ki, Anna Paulina Luna bundan əvvəl də UFO mövzusunda açıqlamalar verib. O, The Joe Rogan Experience podkastında kosmik gəmiləri şəxsən görmədiyini, lakin insan tərəfindən yaradılmasının mümkün olmadığına inandığı uçan aparatların fotoları ilə qarşılaşdığını demişdi.
Bundan başqa, siyasətçi UFO-larla bağlı məxfi sənədlərin açıqlanmasının ləngidilməsinə görə Pentaqonu da ittiham edib.
Onun sözlərinə görə, hakimiyyət bu cür məlumatları bu gün də gizlətməkdə davam edir.
Beləliklə, bu tarixə qısa müddətdə viral effekti yaradaraq dini mətnlərlə yerdənkənar sivilizasiyalar arasında əlaqə barədə nəzəriyyələrə marağı yenidən artırıb və auditoriyanı bir daha inananlar və skeptiklər olaraq iki yerə bölüb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Aprel 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri