Şahin Diniyev: “Barselona”nı Bakıda görmək futbolsevərlər üçün bayramdır”
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Biz “Barselona”nı Bakıda görəcəyik. Yəni bu cür ulduzları, belə bir dünya nəhəngi komandanı Azərbaycanda görmək, canlı izləmək həqiqətən də bizim azarkeşlər, futbolsevərlər üçün bir bayramdır”.
Bu sözləri Azərbaycan futbol millisinin sabiq baş məşqçisi Şahin Diniyev UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Barselona” ilə qarşılaşacaq “Sabah”ın şanslarını dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis qarşılaşmanın əhəmiyyətindən, rəqiblər arasındakı güc fərqindən və matçla bağlı gözləntilərindən söz açıb.
“Yəni burada nəticəni gözləmək, nəticəyə baxmaq lazım deyil. Sadəcə “Sabah” və bizlər bu oyundan həzz almalıyıq. Real görünən güclər bərabər deyil. “Barselona” bir neçə dəfə “Sabah”dan öndədir. Ancaq sensasiya da yaratmaq olar. Bu futboldur, futbolda hər şey olur. Az bir faiz də olsa, futbolda həmişə o faiz qalır.
Ümid edirəm ki, yaxşı bir oyun görəcəyik. Düşünürəm ki, stadion da dolu olacaq. Biz oyundan zövq almalıyıq. “Sabah”ın bu cür komanda ilə qarşılaşması tarixi bir andır. Düşünürəm ki, bu, futbolçuların yaddaşında qalan bir şey olacaq. Ona görə ki, belə futbolçulara qarşı oynamaq hər bir futbolçuya nəsib olmur. “Sabah”a uğurlar!”, - deyə o fanat.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra “Barselona” doqquz xalla turnir cədvəlinin beşinci, “Sabah” isə üç xalla 31-ci pilləsində qərarlaşıb. Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” matçı saat 21:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 23 Noyabr 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















